LERİKDƏN FƏRYAD! – Prezidentə şikayət – FOTOLAR

21-05-2016, 15:43   

Lerik rayon Orand kəndnin ağsaqqalları ölkə prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıblar. Bir nüsxəsi “AzPolitika.info”ya göndərilən məktubda bildirilir:

“Cənab Prezident!
Bizim ümüdümüz göydə Allaha,Yerdə Sizədir!
Bizim səsimizə səs verin!
Bizi bu zülmətdən,bu əzabdan xilas edin!
Gərgin iş rejimində işlədiyinizi bilirik.Qiymətli vaxtınızı almaq istəməzdik .Amma kəndimizdə həyat səviyyəsinin dözülməz hal aldığını və aidiyyəti qurumların buna göz yumması biz kənd sakinlərini məcbur etdi ki, Sizə müraciət edək!
KƏNDİMİZDƏKİ VƏZİYYƏTLƏ TANIŞ OLSANIZ,Bizim bu şəraitdə yaşadığımıza görə əminik ki,böyük ürək ağrısı keçirəcəksiniz.
Çünki burda yaşayanların həyat tərzin yalnız və yalnız Mərkəzi Afrikadakı ölkələrlə müqayisə ediləcək səviyyədədir.
Biz Sizin ədalətinizə inanır,Sizin adil dövlət başçısı olmanıza zərrə qədər şübhə etmirik!
Biz bilirik və buna əminik ki, Siz hər bir vətəndaşın əmin-amanlığını, övladların xoş gələcəyini və firavan həyat sürməsini istəyirsiniz.

Amma,Sizin dəfələrlə “Bütün məmurlar xalqın qulluqçusudur və xalqa xidmət etməlidir“ kimi ciddi tapşırıqlarınız görünür ya bizim rayon məmurlarına görməməzlikdən gəlir yada ki, bizi bu ölkənin vətəndaşları hesab etmirlər. Əks təqdirdə aşağıda sadaladığımız problemlər bu günə gəlib çıxmazdı. Əslində biz bu məsələlərin həllin tələb etməməliyik, çünki digər kəndlər kimi bizim də dövlətin diqqət və qayğısından bəhrələnməyə, vətəndaş olaraq haqqımız var.
Kəndimizi tərəqqi və inkişafdan saxlayan məmurlardan hansısa biri problemlər içində itib- batan, həyat səviyyəsi həddindən artıq çətin olan bu kənddə yaşasaydı bütün bu çətinliklərə dözə bilərdimi?
Budurmu məmurlarımızın xalqa xidməti?

Möhtərəm cənab Prezident!
Problemlərimizi qısaca qeyd edirik.

1.Kəndimizə mavi yanacağın olmaması bizi hər il yanacaq üçün quru oduncaq əldə etmək məcburiyyətində qoyur. Kəndimizin ərazisində meşə zolağının olmaması səbəbindən quru oduncağın əldə edilməsi kənd camaatına böyük vəsait itkisi hesabına başa gəlir hansıki 1m3 quru oduncaq kəndimizə 50AZN-ə gəlib çıxır ki ,buda bir qışı kecirtmək üçün ən azından kənd sakinlərini 5-7m3 civarında oduncaq almaqa məcburdur ,buda 250-350 AZN pul deməkdir.



Kəndimizdə əhalinin çoxunun işsizlər , ünvanlı sosial yardım və pensiya təminatı hesabına yaşadıqını nəzərə alsaq,bu məsələnin bizim üçün necə dözülməz olduqunu təsəvvür etmək elədə çətin deyil. Elə ailələr var ki quru oduncaq eldə etməyə pulu olmadığından bütün qışı quru təzəkdən yanacaq kimi istifadə etmək məcburiyyətində qalır ki, bu da həmin ailələrin müxtəlif xəstəliklərə yoluxması ilə nəticələnir.

Hər bir ailədə bir nəfər ilin isti vaxtlarında bu işlə məşğul olmağa məcburdu)

Halbuki LERİK RAYONUNDA İLK QAZ BİZİM KƏNDİMİZƏ ÇƏKİLMƏLİ İDİ, çünki həm kəndimizdə meşə zolağı yoxdur, həm də ki kəndimiz nəinki rayonumuzun ümumilikdə cənub bölgəsinin ən soyuq, qışı ən uzun keçən(6-7ay)kəndidir. Amma rayon icra başçısın bizə qarşı olan qərəzinin sübutudur ki,əhalisinin sayı bizdən iki-üç dəfə az olan ,ərazisində meşə massivi olan və kəndimizlə arasındakı məsafə 4-5 km olan qonşu kəndlərin hamsı mavi yanacaqla təmin olunmuşdur.
Dəfələrlə konstitusiyamızın 57-ci maddəsini rəhbər tutaraq müvafiq qurumlara müraciət etmişik .Həmin qrumlarda şikayətə baxılması üçün məktublarımızı <<Azəriqaz>> İB-nə göndərmişlər. <<Azəriqaz>> İB-də bizə cavabında bildirib ki, Azərbaycan Respublikası prezdentinin 14aprel 2009 –cu il tarixli 80 saylı Fərman ilə təsdiq olunmuş <<Azrəbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı>> na uyğun olaraq Orand kəndinə qaz çəkiləcək. Baxmayaraq ki, 2016-ci ilin ortalarıdı hələdə kəndimiz mavi qazla təmin olunmayıb. Burdan görünür <<Azəriqaz>> İB- yi bizim kənd camaatı ilə ya zarafat edib yada bizi aldadıb.
Bəs xalqı aldadan məmurlar nəyə güvənir?

ry

2.Rayon mərkəzi ilə kəndimiz arasında yol bərbad vəziyyətdədir. Ümumi uzunluğu 14 km olmasına baxmayaraq, biz həmin yolu 1 saatdan çox zaman kəsiyində qət edirik. Yolun yararsızlığı ucbatından kəndimizdən rayona sərnişindaşıma ancaq UAZ qismən də yay aylarında NİVA markalı avtomobillərlə həyata keçirilir. Kəndimizə nəinki sərnişin daşıyan maşınlar işləyə bilmir,biz hətta ağır xəstə insanları da xəstəxanaya UAZ markalı maşınla aparası oluruq ,çünki kəndimizə heç bir təcili tibbi yardım maşınların gəlməsi mümkün deyil.
Qış aylarında yağan qar kəndimizə gələn bərbad yolu da günlərlə bağlayır və əksər hallarda ya biz qarın əriyəcəyini gözləyirik ya da ki,kənd camaatının şəxsi vəsaiti hesabına (red:amma bunun hesabınada bəlkədə dövlət büdcəsindən vəsait silinərək mənimsənilir)yolun qar örtüyü təmizlənir və rayonla gediş- gəliş bərpa olunur.
Rayonumuzun digər kəndlərinin böyük əksəriyyətində yollara asvalt örtüyü tökülsədə bizim kənd yoluna son 10 ildə heç bir maşın qum belə tökülməmişdir. Sonuncu dəfə Bakcell LTD MMC kəndimizdə quraşdırdığı ötürücü stansiyaya işçilərinin rahat gediş-gəlişini təmin etmək üçün yollarımız qismən bərpa olunsada hal-hazırda yararsız vəziyyətdədir.



Bir özəl şirkət öz 2-3 nəfər işçisinin ayda ildə iki dəfə gediş gəlişini təmin etmək üçün səy göstərərək daxili imkanları hesabına bu yolun təmirinə vəsait ayırır amma rayon rəhbərliyi və aidiyyatı digər dövlət qurumları 1800 nəfər sakininin bu yolla necə gedib gəldiyini heçdə düşündürmür.
Cənab Prezident! Siz dəfələrlə öz çıxışlarınızda vurğulayırsız ki,kəndlərdə kənd təsərrüfatı inkişaf etdirilsın,torpaq sahələri əkilsin və bununlada həm əhalinin kənd təsərrüfatı məhsuluna olan tələbatı daxili imkanlar hesabına ödənilsın , həm də ki,rayonlarda yaşayan əhalinin işsizlik səviyyəsi minimuma endirilsin.

Bizdə istəyirik ki kənd təsərrufatı ilə məşğul olaq,torpaqlarımızı təyinatı üzrə istifadə edək. Amma biz torpaqlarımızı da əkib becərə bilmirik, Çünki kəndimizlə rayon mərkəzi arsındakı yolun bərbad vəziyyəti bizə torpaqlarımızın əkilib biçilməsinə imkan vermir, biz torpaqlarımızıdan təynatı üzrə istifadə edə bilmirik. Səbəbsə bu yolda kənd təssərüfatında istifadə olunan heç bir müasir texnika hərəkət edə bilmilməməsi və yolun bərbad vəziyyətdə olması ilə bağlı olan digər amillərdir . Biz torpaqlarımızı yalnız bir usulla əkib becərə bilirik-ibtidai icma quruluşundan qalma xış və kotanla . Müasir dövrdə bu əkinçiliyın faydasız bir iş olmağını izah etməyə etyac görmürük,çünki ən azından bu usulla yetişdirilən məhsulun valyuta dəyəri çəkilən zəhmətin heç 10%-ni ödəmir. Digər tərəfdəndə yolun bərbad vəziyyəti məsulun bazara çıxarılmasınıda daşınma xərclərini artırır ki,buda məsulun maya dəyərinin mövcüd bazar qiymətindən qat-qat baha başa gəlməsi ilə nəticələnir.

3.Kəndimizdə yerləşən tam orta məktəbin binası keçən əsrin 80-cı illərində kənd camaatının iməciliyi ilə tikilmişdir. Tikildiyi dövrdə də heç dövrün tələbinə cavab verməyən, maddi- texniki bazası minimum səviyyədə olan bir məktəb bugünkü günə kimi istifadə olunmaqdadır. Hansı ki məktəbimiz şagird sayına görə rayonun 10 qabaqcıl kənd məktəblərindən biridir.Məktəbimizdə 200-dən çox şagird təhsil alır.Amma rayonumuzda 20-30 nəfərlik şagirdi olan kəndlər üçün 120,180 şagird yerlik ,müasir dövrün tələblərinə cavab verən məktəblər tikilmiş və müasir maddi texniki baza ilə təmin olunmuşdur.
Son 10 ildə rayonumuzda tikilən məktəbləri müqayisəli olaraq (şagird sayına görə,yeni məktəblərin tikildiyi kəndlərdəki köhnə məktəblərin tikildiyi tarix və.s görə)nəzərdən keçirsəniz onun bizə qarşı olan qərəzini aydın görərsiniz.
Hansı ki məktəbimizin binası kimi binada nəinki müasir dövrdə təhsil ocağı kimi istifadə etməzlər hətta indiki fermrlər heç mal-qarasın elə binada saxlamaz. Ən təsirli məqamsa belə bir binanın Qarabağ uğrunda gedən döyüşlərdə Vətən yolunda canından keçən şəhidin adını daşıyır.




Gələcəyimizin təminatçısı olan övladlarımız təhsil hüqüqundan məhrum olunması azmış kimi ,belə bir binanın şəhidimizin adını daşıması övladlarımızın vətənpərvərlik tərbiyəsinə də böyük zərbə vurur.

Kəndimizi tərəqqi və inkişafdan saxlayan məmurlardan hansısa biri problemlər içində itib- batan, həyat səviyyəsi həddindən artıq çətin olan bu kənddə yaşasaydı bütün bu çətinliklərə dözə bilərdimi?.

Hörmətli cənab Prezident biz aşağıda adı aşağıda qeyd olunan kənd ağsaqqalları Sizdən kənd camaatı adından xahiş edirik
Bizi kənd camaatını cəhənnəm əzabından xilas edin!
1.Nodiyev Zəkülla; 2.Rüstəmov Mebulla; 3.Cəfərov Şərbət; 4.Əzimov Şahi; 5.Rəhimov Səməd; 6.Əliyev Yusif; 7.Mərdiyev Qəhrəman; 8.Quliyev İltifat; 9.Rüstəmov Məmmədcəfər və digərləri”.




LERİKDƏN FƏRYAD! – Prezidentə şikayət – FOTOLAR


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.