ADPU-nun Zaqatala filialında 6000 dollar qovğası-İTTİHAM

23-05-2016, 09:40   


Filialın direktoru ilə müavininin Ağdaş sakinindən qəbul adı altında aldığı pulu mənimsədikləri iddia olunur

Bir müddət əvvəl Azərbaycan Müəllimlər İnstitutu ləğv olunaraq, Azərbaycan Dövlət Pedoqoji Universitetə birləşdirildi. Həmin birləşməyə qədər adı bir çox qalmaqallarda hallanan AMİ-nin hazırda da neqativ işləri gündəmdədir. JAM.AZ xəbər verir ki, institutun yerli filiallarında baş verən özbaşınalıqlar, qanunsuzluqların səsi-sorağı isə faktiki olaraq «qulaq deşir».
Məlumatlarda qeyd olunur ki, ADPU-nun Zaqatala filialında Ağdaş sakininin pulunu mənimsəyiblər. Verilən məlumatlarda qeyd olunur ki, filialın direktoru Orucəli Rzayev müavini Füzuli Səddinovla birlikdə bir neçə vətəndaşı aldadıblar. Aldatma əməliyyatları isə qəbulla bağlı olub.
JAM.AZ-a verilən məlumatda deyilir ki, Ağdaş rayon sakini İ.Həsənov Orucəli Rzayev və Füzuli Səddinov tərəfindən qeyri-qanuni qəbul adı altında aldadılıb. Belə ki, ondan bu məqsədlə 6000 dolar pul alınıb. Lakin işi reallaşdıra bilmədiklərindən həmin pulu geri qaytarmaq məcburiyyətində qalıblar. Amma bu günə qədər pulu geri verə bilmirlər. Düzdür, İ.Həsənova vəd veriblər ki, aldıqları pulu geri qaytaracaqlar.
Ancaq mənbələr vurğulayırlar ki, aldadılanlar sırasında İ.Həsənov yeganə şəxs olmayıb. Qeyri-qanuni qəbul, testdən kənar tələbə adını vermək üçün vəd olunanların valideynləri məsələnin üstü açıldıqdan sonra ADPU-nun Zaqatala filialının binası önünə toplaşaraq, pullarını geri istəməyə başlayıblar. Vəziyyətin belə şəkil aldığını görən, Rzayevin şəkəri qalxıb və halı pisləşib. Çünki ortada heç də kiçik rəqəmlərlə ifadə olunmayan məbləğdən söhbət gedir. Həmin pulu isə geri qaytarmaq onlar üçün mümkünsüz işə çevrilib.
JAM.AZ-a verilən məlumata görə, işin ilginc tərəfi odur ki, artıq məsələnin səs-sorağı hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb. Hətta belə bir söhbət də dolaşır ki, yaxın günlərdə ADPU-nun Zaqatala filialında yoxlamalar başlayacaq. Həmin yoxlamaların sonucu isə Orucəli Rzayevlə Füzuli Səddinovun həbsinə səbəb ola bilər.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar