Aqrar Universitetdə İbrahim Cəfərov rüzgarı: milyonlar necə qazanılırTəhsil naziri Mikayıl Cabbarovun fəaliyyətində ciddi nöqsanlara yol verən, bir sıra qanunsuzluqlara imza atan ayrı-ayrı işçiləri cəzalandırsa da, təəssüf ki, bu sahədə hələ də problemlər mövcuddur
Söhbət Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Unverstetindəki çatışmazlıqlardan gedir. Məsələ burasındadır ki, burada bir sıra ciddi özbaşınalıqlar mövcuddur. Belə ki, təhsil müəssisəsinin rəhbəri, rektor İbrahim Cəfərov universitetdə bəzi maraqlarını reallaşdırmağa çalışır. Son günlər Politika.az-ın elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı gələn şikayətlərin sayı-hesabı yoxdur. Şikayət müəllifləri ciddi cəhdlə iddia edirlər ki, Respublikamızın tanınmış təhsil ocağına sanki biznes obyekti kimi baxan rektor buradakı imtahanlar zamanı tələbələrdən qiymətə görə nələrinsə tələb olunmasına göz yumur. Nəzərinizə çatdıraq ki, bu məsələlərdə tədris işləri üzrə prorektor Anar Hətəmovun da yer aldığı bildirilir.
Qeyd olunur ki, universitetdə bu işlərə həmin şəxs xüsusi nəzarət edir. Politika.Az-a daxil olan xəbərlərə görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Unverstetindəki özbaşınalıqlar son günlər bir qədər də artıb. Ali təhsil müəssisəsinin rəhbəri İbrahim Cəfərovun universitetdə qəribə sistem yaratdığı bildirilir. Ölkəmizin ikinci əsas şəhərində fəaliyyət göstərən, kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirən Dövlət Aqrar Unversitetində Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələrinin bir sıra müəllimlərinin fəaliyyətlərində ciddi nöqsanların olması faktdır. Tələbələr deyirlər ki, unversitetdə təhsil, bir imtahandan qiymət almaq baha başa gəlir. Bütün bunlar bir yana, bəzi tələbələr ildə bir dəfə unversitetə təşrif buyururlar və onlar rəhbərliyə illik deyilən "ödəmə” verirlər. Əldə etdiyimiz məlumatlara görə, Dövlət Aqrar Unversitetinin bir çox tələbələri testdənkənar qəbul olunublar və uzun illərdir ki, bu universitetdəki diplomların saxta olub-olmaması da ciddi şəkildə araşdırılmalıdır.
Redaksiyamıza verilən daha bir xəbərdə qeyd olunur ki, universitet rəhbərliyi testdənkənar qəbul aparmanın yolunu tapıb. Belə ki, TQDK-nın test imtahanlarından keçə bilməyən bir çox tələbələr unversitetin vakant yerlərinə daxili imtahan adı altında qəbul olunurlar. Mənbə iddia edir ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Bu təhsil müəssisəsinə qəbul olmaq üçün isə böyük xərcin tələb olunduğu qeyd edilir. Həmin təhsil ocağındakı imtahanlar zamanı tələbələrin qiymətə görə xərcə düşməsində tədris işləri üzrə prorektor Anar Hətəmovun adının hallandırılması onu göstərir ki, burada araşdırılmalı məsələlər çoxdur.
Redaksiyamıza daxil olan xəbərlərdə vurğulanır ki, rəhbərliyin qazanc yerlərindən biri də qiyabi təhsil şöbəsidir. Məsələ burasındadır ki, universitetdə qiyabi təhsil alan yüzlərcə tələbə hər semestrdə qiyabi şöbənin müdiri Siyavuş Vəliyevlə xüsusi görüşlər keçirirlər. Hər imtahan üçün ciddi xərcə düşən qiyabi oxuyan tələbələr imtahanlarından kafi qiymət almış hesab olunurlar. Həmçinin məlumatda o da vurğulanır ki, aqrar universitet rəhbərliyinin qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin və tələbələrin adına yazdırılan sanatoriya putyovkalarıdır. Putyovkalar isə həmkarlar təşkilatlarının əlinin altından gəlib keçir. Nəzərinizə çatdıraq ki, Dövlət Aqrar Universitetinin nəzdində 4 həmkərlar təşkilatı, Azad Həmkarlar İttifaqı Komitəsi, Tələbə Azad Həmkarlar Komitəsi, Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Universitet müəllimlərinin və tələbələrin adlarına yazılan sanatoriya və maddi yardım maxinasiyaları isə, məhz iki həmkarlar təşkilatının, Azad Həmkarlar İttifaqı Komitəsi və Tələbə Azad Həmkarlar Komitəsinin əli ilə həyata keçirilir.
Bundan başqa Politika.Az-a daxil olan məlumata görə Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı son yoxlamalarda müxtəlif şəxslərin adına yazılan 230 “ölü”ştat əməkhaqqı maxinasiyası nəticəsində mənimsənilən 270 min manat vəsait təhsil ocağının rəhbəri İbrahim Cəfərovu çətin vəziyyətə salıb. Daxil olan məlumatda göstərilir ki, həyata keçirilən maxinasiya birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verib. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparam işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürülüb. Bundan başqa Universitetin 4 labaratoriyasında 70 -dən çox şəxsin adı iş cədvəlində yazılsada əmək haqqılar rektor İbrahim Cəfərova çatdırıldığı bildirilir. Məlumatlı mənbə bildirir ki, 230 “ölü can” ştatının maaşlarından mənimsənilən vəsait əslində 270 min yox, 500 min manatadan çoxdur. Ancaq rektor İbrahim Cəfərov mənimsənilən vəsaitin bir hissəsinin azaldılmasına “nail” olub. Bildirir ki, Universitet rəhbərliyi adı çəkilən tədqiaqat mərkəzlərinin və labaratoriyaların adına yazılan müxtəlif növ dərman pereparatlarının, avadanlıqların həmçinin görülən tədqiqatlarda yanacağın istifadə olunmasını sənədləşdirərək il boyu külli miqdarda vəsiat mənimsəyiblər.