Əhəd Abıyev daşkəsənlilərə göz dağı verir
Daşkəsənin icra başçısı Əhəd Abıyev Bakıya gələrək, özünün yaxın əlaqələriylə görüşüb, onlardan dəstək istəyib. Politika.Az xəbər verir ki, Abıyevin Bakıdakı adamlarıyla görüşməsinin səbəbi Daşkəsəndən çıxarılaraq, rayonların birində icra başçısı göndərilməsi istəyi olub.
Məlumatlarda deyilir ki, hazırda rəhbəri olduğu rayonda böyük biabırçılıqlara imza atmış, sahibkarlara qan uddurmaqla kifayətlənməyib, kasıb adamların da çörəyinə göz dikət Abıyev, böyük sərvətə malik olub. Politika.Az-a məlumat verənlər bildirirlər ki, Daşkəsən elə də varlı rayon deyil. Bu rayonda külli miqdarda pul qazanmaq üçün olmayan sirrlərə vaqif olmaq lazımdır. Çünki rayon əhalisi kasıb olmaqla bərabər, rayonun təbiəti də varlı olmaq üçün imkanlar tanımır. Və bunun fonunda Əhəd Abıyevin daşdan da pul çıxarması onları xeyli təəccübləndirib.
Məlumatlarda vurğulanır ki, Əhəd Abıyev artıq işi o həddə çatdırıb ki, əldə etdiyi sərvətləri nümayiş etdirməkdən də çəkinmir. Məsələn, o, rayonun ən gözəgəlimli və bahalı yerlərində özünə villalar inşa etdirib. Bundan başqa, gündə bir bahalı maşınla hərəkət edərək, hamıya gözdağı verir. Onun avtomobil kolleksiyasının olduğuna dair iddialar da var. Bununla bağlı araşdırmamız yaxın vaxtlarda təqdim olunacaq.
Daşkəsəndən bezən Əhəd Abıyev artıq başqa bir rayonun icra başçısı olmaq istəyir. Bununla əlaqədar, himayədarları ilə danışığa gedərək, onların əliylə yeni bir rayonun rəhbəri olmağa çalışır. Bu məqsədlə dəfələrlə Bakıda keçirdiyi görüşlərdə müsbət cavab ala bilməyən Abıyevə gözləməyi məsləhət biliblər.
Xatırladaq ki, Əhəd Abıyev bir müddət əvvəl Salyana icra başçısı getməyə çalışırdı. Lakin Sevindik Hətəmovun Tahir Əliyevi əvəzləməsindən sonra arzusu reallaşmadı. Onun hazırkı istəyi isə daha böyük bir rayonun icra başçısı olmaqdır.