Orta məktəblərdə «ibtidai yığım» sezonu: MİKAYIL CABBAROVUN MENYUSUNA

26-05-2016, 09:38   

İbtidai sinifi qurtarmaq münasibətiylə 53 saylı orta məktəbdə şagirdlərdən 50 manat, 149 saylı orta məktəbdə 30 manat, 275 saylı məktəbdə isə 40 manatdan pul yığırlar

Azərbaycan təhsili artıq bazara çevrilib. İllərdən bəri həyata keçirilən bütün «eksperiment»lər isə yalnız bir məsələyə fokuslanıb. O da pul yığmaqdan ibarətdir. JAM.AZ xəbər verir ki, Misir Mərdanovun vaxtında fond pulundan tutmuş, süpürgəpuluna qədər hər şey yığılsa da, Mikayıl Cabbarovun nazirliyi dönəmində iş bir az «mədəni» səviyyəyə minib.

53 saylı orta məktəbdə 50 manatdan pul yığırlar

Qeyd edək ki, orta məktəblərdə fond, sürüpgəpulu kimi şeylər yığışdırılsa da, başqa mövzular və bəhanələr peyda olmağa başladı. JAM.AZ xəbər verir ki, bundan əvvəl ibtidai sinifdə oxuyan uşaqlardan hər hansı bir formada pul yığılması halları istisna təşkil edirdi. Düzdü, müəllimlər günü, müəllimin ad günü, 8 Mart və sairə görə pullar toplanırdı. Amma yenə də insafla. 3-5 manatla məsələni bağlamaq olurdu. İndi isə təhsil sistemində «elit yanaşma» dönəmi yaşanır və Mikayıl Cabbarovmsayağı pulyığma mexnaizmlərindən istifadə olunur.
Bildirək ki, Bakı şəhərində fəaliyyət göstərən 53 saylı orta məktəbdə əsl «təhsil olayı» yaşanır. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, artıq bir neçə gündür məktəbdə ibtidai sinifi qurtarmaq münasibətiylə pul yığırlar. Hər şagirddən tələb olunan məbləğ isə 50 manatdır.

149 saylı orta məktəbin direktoru qismən insaflıdır

JAM.AZ xəbər verir ki, tədris ilinin başa çatması ilə əlaqədar olaraq sosial şəbəkələrdə orta məktəblərin durumları geniş müzakirə olunur. Elə bu səbəbdəndir ki, bəzi orta məktəblərdə nələrin yaşandığını Facebookdan öyrənmək elə də çətin olmur.
Qeyd edək ki, 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənovdan fərqli olaraq, Xəzər rayonunda fəaliyyət göstərən 149 saylı orta məktəbin direktoru Rəhilə Baxşıyev qismən insaflı davranır. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, xanım Baxşıyeva ibtidai sinif şagirdlərindən 30 manatdan pul yığılmasını tapşırıb. Və həmin pulu verməyən şagirdləri isə xəbərdar edib ki, növbəti tədris ilində özlərinə başqa məktəb tapsınlar.

275 saylı məktəbdə «ikiqat» yığım

Bakıda fəaliyyət göstərən 275 saylı orta məktəbdə isə vəziyyət bir qədər başqadır. JAM.AZ xəbər verir ki, direktor Elmira İsmayılov təkcə ibtidai sinifi bitirənlərdən deyil, həmçinin orta məktəbin məzunlarından da pul yığılmasını tapşırıb. Yayılan məlumata görə, xanım İsmayılova bu məsələ kimsəyə güzəşt edilməməsi barədə də xəbərdarlıq edib.
Qeyd edilir ki, direktorun təlimatı əsasənda ibtidai sinifi bitirən şagirdlərdən 40 manatdan pul yığılsa da, məzunlar üçün bu rəqəm 100 manat təşkil edib. Bəzi iddialara görə, Elmira İsmayılova bu ənənəni mütəmadi olaraq təkrarlayır və ilboyu belə yığımlar bir neçə dəfə baş verir.

Valideynlər niyə şikayət etmirlər?

Valideynlər baş verənlərlə bağlı ciddi narazılıqlarını bildirirlər. Hətta qeyd edirlər ki, sanki ibtidai sinifi bitirmək, hansısa vəzifəyə keçməkdir. Lakin baş verənlərlə bağlı şikayətçi olmaq fikrində deyillər. Səbəbi isə çox maraqlıdır. Onlar deyirlər ki, məktəbin direktoru ustalıqla bir fağır adam taparaq, onu qabağa verir. Həmin fağır şəxs də valideynlərə direktorun ismarıcını çatdırır. Onun fağır biri olması səbəbindən də valideynlər şikayət etmək istəmirlər.

Məsələ ilə bağlı adları çəkilən direktorların da mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar