Xəbər portalımıza daxil olan məlumatda qeyd olunur ki, Ağdaş icra başçısının 1-ci müavini Cavid Osmanovun öyrədilmiş adamları tərəfindən İqbal Ağazadənin təşviqat qrupuna daxil şəxslərin idarə etdiyi 90-UL-663 dövlət nişanlı KİA markalı maşın yumurta atəşinə tutulub. Bütün bunları edən saxta diplomlu Cavid Osmanovun öyrədilmiş adamlarıdır….
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Onu da qeyd edək ki, Cavid Osmanovun öyrədilmiş adamlarının təxribatının qarşısı yerli əhali tərəfindən alınıb. Xəbər portalımızın əməkdaşları hazırda Ağdaş şəhərindədirlər.