90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə iyunun 1-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonu Yenicə kəndində seçicilərlə ilk görüşünü keçirdi.
Seçki Qərargahı Yenicə kəndində günün ikinci yarısı qapı-qapı kampaniyası keçirdiyi vaxt İ. Ağazadə gözlənilmədən kampaniyaya qoşulub. Kənd mərkəzində olan seçicilər namizədlərini coşğu ilə qarşılayıblar. Namizəd əvvəlcə seçicilərin problemlərini dinləyib. Seçicilər bildiriblər ki, onun parlament fəaliyyətindən xəbədardırlar. İ.Ağazadə həmişə xalqın problemlərini parlamentdə qaldırıb və onun həllinə çalışıb. Bu səbəbdən əhali ona etimad göstərir, Ağdaşın problemlərini parlamentdə qaldıracağına və həlli istiqamətində çalışacağına inanırlar.
Seçicilərlə görüşdə İqbal Ağazadənin rəqibi olan hakimiyyət namizədinin "Ağdaşlılar ağdaşlını seçsin" seçki şüarını heçə endirdi dedi ki, biz vətənimizi rayonlara kəndlərə məhəllələrə bölmürük.
Harda AZƏRBAYCAN adı varsa mən oralıyam dedi. Biz "Ağdaşdan ağdaşlı seçilməlidir"deyimini yanlış və zərərli sayırıq.Vətəni hissə-hissə deyil bütöv sevmək lazımdır. Mən Qarabağlı, Şəkili,Naxçıvanlı, Təbrizli, Borçalı, Göyçəliyəm, Nəhayət, həm də Ağdaşlıyam.
Qeyd edək ki, namizəd Cavid Osmanov "Ağdaşdan ağdaşlı seçilməlidir" şüarına söykənirdi.00
Namizəd daha sonra seçicilərin suallarını cavablandırdı. Görüşdə iştirak edən seçicilər sona qədər yekdilliklə İqbal Ağazadəni dəstəkləyəcəklərini və 18 iyunda ona səs verəcəklərini bəyan etdilər.
Qeyd edək ki, bu gün Qaradeyin kəndində də İqbal Ağazadənin seçki qərargahı qapı-qapı təbliğat kampaniyası həyata keçirib. Seçicilər qərargah üzvlərini mehribanlıqla qarşılayıblar. İ.Ağazadə övladına toy edən seçicilərdən birinin toy ziyafətində iştirak edib və toyu olan gənclərə xoşbəxtlik arzulayıb. Qaradeyin seçiciləri də seçkidə İqbal Ağazadəni dəstəkləyəcəklərini bildiriblər.
İqbal Ağazadənin Seçki Qərargahının qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir.