7 saylı MERO-nun rəisi vətəndaşın maşınını gizli şəkildə başqasının adına sənədləşdirib-ŞİKAYƏT

2-06-2016, 09:33   

7 saylı MERO-nun rəisi vətəndaşın maşınını gizli şəkildə başqasının adına sənədləşdirib-ŞİKAYƏT

Ucar rayon, Küçəkənd kənd sakini Əlmusa Səfərov 7 saylı Qeydiyyat-İmtahan Şöbəsinin rəisi Elxan Əliyevin ona qarşı özbaşınalığından şikayət edib. JAM.AZ-a açıqlama verən Ucar sakini bildirir ki, Elxan Əliyev və onun əməkdaşı, polis mayoru Yelmar Həsənov vəzifə səlahiyyətlərini aşaraq, ona qarşı cinayət işlədib.
O qeyd edir ki, sözügedən şəxslər onun savadsızlığından istifadə edərək, aldadıblar. «Onlar atamın adına mülkiyyətdə olmuş və mənə 40 illik etibarnamə ilə verilmiş avtomobilimi Səfərova Hüsniyyə Abbasəli qızının adına rəsmiləşdiriblər. Belə ki, 09 noyabr 2013-cü il tarixdə mənə məxsus oloan VAZ 21074 markalı 61 BB 756 dövlət nömrə nişanlı avtomobilimin sənədləri itdiyi üçün Göyçay Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etdim. Bundan sonra Göyçay RPŞ-dən 24.12.2013-cü il tarixdə arayış verildi. Həmin arayış əsasında 7 saylı Qeydiyyat İmtahan şöbəsinə müraciət etdim. Oranın əməkdaşı polis mayoru Yelmar Həsənov mənə bildirdi ki, özündə qalmış etibarnamənin surətini Ucar rayon notariusunda təsdiq elətdir, gətir. Avtomobilin texniki pasportunu sənə çıxarıb verim. Mən atamın mənə verdiyi 40 illik etibarnamənin surətini notariusda təsdiq elətdirib, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsinə polis mayoru Yelmar Həsənova təqdim etdim. Yelmar Həsənov həmin texniki pasportun yenisinin verilməsini mümkün olmadığlını bildirdi və həmin maşını həyat yoldaşımın adına sənədləşdirdi. Sən demə, mənim xəbərim olmadan əvvəlcədən danışılıb, razılaşılmış qaydada bu cinayət əməlini ediblər. Sonradan həyat yoldaşımla rəsmi olaraq boşandıq. Guya, mən öz maşınımı həyat yoldaşıma satmışam. Bu necə inandırıcı ola bilər ki, 40 illik etibarnaməmlə həmin avtomobili mənim adıma sənədləşdirmək mümkün olmasın? Mən öz avtomobilimi həyat yoldaşıma satım? Hansı ki, notarial qaydada təsdiq edilmiş etibarnamə ilə də həmin avtomobil mənim adıma qeydiyyata aldıra bilərdi ki, korrupsiyaya qurşanmış polis kapitanı Yelmar Həsənov bunu etmədi».
Əlmusa Səfərov iddia edir ki, Yelmar Həsənov rüşvət alaraq, bunu edib. O qeyd edir ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan Şöbəsində korrupsiya baş alıb gedir. Sürücülük vəsiqəsini alamaq üçün 1100 manat rüşvət verməyən şəxsi saxta üsullarla imtahandan kəsirlər. Baxmayaraq ki, imtahanı elektron qaydada edirlər. Texniki baxış, avtomobilin nömrəsinin dəyişdirilməsi, sürücülük vəsiqəsinin yenilənməsi hamısı rəis Elxan Əliyev tərəfindən təyin edilmiş rüşvətlə satılır. Elə buna görədir ki, başda rəis Elxan Əliyev olmaqla bütün işçilərin bahalı villaları, restoranları, ticarət obyektləri var. Buna görə də bu ciddi qanunsuzluq faktı tam, hərtərəfli və obyektiv araşdırılmalı, polis mayoru Yelmar Həsənovun və rəis Elxan Əliyevin barəsində qanunu tədbirlər görülməlidir».
Ucar sakini JAM.AZ vasitəsi ilə DİN rəhbəri, general-polkovnik Ramil Usubova müraciət edərək, nazirdən 7 saylı Yevlax İmtahan-Qeydiyyat İdarəsində baş verənlər, habelə idarənin rəhbəri Elxan Əliyevlə bağlı tədbir görülməsini xahiş edib.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.