Radikal qruplaşmalar çoxdan Azərbaycanda mövcuddur

8-06-2016, 09:28   




Mübariz Qurbanlı nəhayət ki, etiraf etdi

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı radikal dini qruplaşmaların Azərbaycanda baza yaratmağa cəhd etməsi barədə danışıb.


“Report”un xəbərinə görə, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi və Gənclər və Idman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir” mövzusundakı konfransda danışan komitə sədri Azərbaycandaÿbaza yaratmaq istəyənlərin ilk növbədə ayrı-ayrı gəncləri təsir altına saldıqlarını deyib: “Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu mənada bizim gənclər təşkilatlarının üzərinə böyük işlər düşür. Medianın, sosial şəbəkələrin imkanlarından istifadə etmək vacibdir. Bu cür təbliğat aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır”.

Xatırladaq ki, Suriya hadisələri başlayanda, eləcə də IŞID-lə bağlı məğumatlar gündəmə gələndə, ölkədə belə bazaların artıq çoxdan fəaliyyət göstərdiyi bəlli oldu. Çünki bu hadisələrdə iştirakçı olanların hazırlanması, ideoloji-təbliğat işi bir neçə günün işi deyil. Məsələnin çoxdan olduğu, sözügedən bazanın xeyli müddətdir fəaliyyət göstərdiyi bəllidirsə, o zaman Mübariz Qurbanlı ölkədə dini baza yaradılacağı məlumatını verməkdə gecikməyib ki?

sulheddin-ekber

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər söyləyir ki, dini-ekstremist qüvvələr ölkəmiz müstəqillik əldə edəndən dərhal sonra təşkilatlanmaq, fəaliyyətlərini qurmaq və möhkəmlənməklə bağlı addım atmağa başlayıblar. Ekspert vurğulayır ki, xüsusi xidmət orqanları, hökumət bu məsələnin nəzarətdə altında olduğunu deməklə daim onun üstündən keçməyə üstünlük veriblər:

“Lakin indi bəlli olur ki, radikal-ekstremist qruplar nəinki regional-lokal, hətta qlobal təhdidə çevriliblər. Azərbaycan bu qlobal sistemin tərkib hissəsidir və müsəlman dövlətidir. Ona görə də Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə edən dövlətlərə və ümumiyyətlə, bu məsələlərə yüksək həssaslıq göstərir”.

Nigar

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar