Mahmudovçuların dövlətə xəyanətinidə Cavid Osmanovun da “əməyi” az olmayıb

8-06-2016, 12:26   

Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçiriləcək gün yaxınlaşır.

Əsas mübarizənin Ümüd partiyasının sədri İqbal Ağazadə və Ağdaş rayon icra hakimiyyətinin başçısınin birinci müavini Cavid Osmanov arasında getdiyi məlumdur. Dosye.org-ın apardığı araşdırmalarına diqqət yetirin.

Ağdaş rayon icra hakimiyyətinin başçısınin birinci müavini Cavid Osmanov bütün vasitələrdən istifadə edərək millət vəkili olmaq arzusundadır. Çin olmayacaq arzuların hansı maraqlar üzərində qurulacağı isə bəllidir. Hələ bir müddət əvvəl “MTN” başbilənləri ilə sıx əlaqədə olan C. Osmanov “Mahmudovçularla” olan geniş əlaqələrinə xitam verdi. Təəsüflər olsun ki, adı hallanan məmur məsüliyyətdən yayındı və bu da onun gələcəyini sual altına aldı.

Mahmudovçuların dövlətə xəyanətini bir sözlə, bir neçə məmurun sahəsində reallaşdığını da vurğulamaq olar. Qeyd etdiyimiz xəyanətdə məhz Cavid Osmanovun da “əməyi” danılmazdır. Əslində müavin vəzifəsini satın alan C. Osmanovun keçmişi də qaranlıq məqamlar üzərində qurulub. Maraqlısı odur ki, haqqında mətbuatda heçdə xoşagəlməz məlumatlar dərc edilən şəxs millət vəkili olmaq eşqindədir.

Əməkdaşlarımızın Ağdaş rayonundan hazırladığı reportaja diqqət yetirdik də açıq-aydın görünür ki, seçicilər C. Osmanovdan namizədliyini geri götürülməsini tələb edirlər. Etiraf edək ki, 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilər şəfvav şəkildə keçiriləcəyinə ümüd etmək olar. Əgər qeyd etdiyimiz şəfvavlıq baş verəcəysə, Ağdaşlılar öz layiqli namizədini seçəcəklər. Yox, əgər müəmmalı formada Cavid Osmanov seçkidə qələbə qazanacaqsa bütün şübhələr reallığa çevriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar