Abidin Fərzəliyevin ''kaşiloku'' kimi tanınan Şahmar İbadovun milyonluq villası
Artıq vərdiş etmişik hansısa məmurun maaşı 400-500 manat olduğu halda 100 minlik avtomobil sürməsinə və şəhərin bir neçə yerində villasının olmasına. Ona örə də, bu tip xəbərləri orxuduqda heç də təəccüblənmirik. Axı təəccüblənəsi də bir şey yoxdu. Aydın məsələdir ki, həmin məmur bu qədər böyük sərvətə hansı yollarla nail olub.
Rüşvət, korrupsiya kimi məfhumlar belə vəzifəli şəxslərin heç narahat etmir. Çünki onlar buna çoxdan bulaşıblar. Vətəndaşları get-gələ salmaqla, hansısa işin görülməsi müqabilində onlardan rüşvət almaqla böyük sərvətə sahib olan vəzifə sahibi özü barəsində oliqarx-məmur imici yaradır.
Biz demirik Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov da belə məmurlardandır. Yaxıd da demirik ki, o, kimlərdənsə rüşvət alır, vətəndaşları incidir-filan. Sadəcə olaraq mətbuatın yazdığına görə, Şahmar İbadov paytaxtın 9-cu mikrarayonunda qiyməti milyonlarla ölçülər villaya sahibdir. Düzü, bu məlumatı eşitdikdə qısa araşdırma apardıq.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” qanununa əsasən, yerli İcra hakimiyyətlərində çalışanlar, icra başçısı istisna olmaqla dövlət qulluqçusu hesab olunur. İcra başçıları, həmçinin nazir və komitə sədrləri siyasi təyinatlı vəzifə sahibləridir və dövlət qulluqçusu statusuna sahib deyillər.
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan yerli İcra Hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçuların maaşı ilə bağlı təqdim edilən məlumatlara görə, icra başçısı və müavininin əmək haqqısı elə də böyük deyil.
Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır.
Hacıbala Abutalıbovun maaşı isə 1450 manat göstərilir.
Belə olduğu təqdirdə 174600 nəfər əhalisi olan Nərimanov rayonunda icra başçısının maaşı dəbdəbəli villaya sahib olmağa yetməz. Amma mətbuatda qeyd olunan fotoda Şahmar İbadova aid olduğu göstərilən villanın qiyməti aylıq əmək haqqı ilə alınana oxşamır. Bəs onda görəsən, bu villa hansı vəsaitlə əldə edilib? Yəqin ki, bu suala icra başçısı Abdin Fərzəliyev və ə\laqədar dövlət qurumları cavab verə bilər.