İcra başçısı sahibkarlara təzyiq edir - Neftçalada imza qlmaqalı

17-06-2016, 12:34   
İcra başçısı sahibkarlara təzyiq edir - Neftçalada imza qlmaqalı
Neftçaladan əldə etdiymiz məlumata görə rayonda tanınmış «Məkan» restoranının sahibi olan Nazim Əlihüseynova bildirilib ki, əgər prezidentə edilən müraciətdən imtina edilməzsə, onun restornaı əlindən alınacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Neftçaladan olan 18 sahibkar rayonda yaranmış dözülməz şəraitdən ölkə prezidenti İlham Əliyevə, Daxili İşlər naziri Ramil Usubova, Vergilər naziri Fazil Məmmədova, Elologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıblar. Həmin müraciətə imza atanlardan biri olan sahibkar Nazim Əlihüseynov mətbuata müraciət edərək atdığı imzadan imtina edib.

anaxeber.info-ın Neftçaladan əldə etdiymiz məlumata görə imtinaya səbəb isə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sahibkara birbaşa təzyiqi ilə nəticələnib. Əldə etdiyimiz məlumatda bildirilir ki, İsmayıl Vəliyev «Məkan» restoranının sahibi olan Nazim Əlihüseynova açıq şəkildə bildirib ki, ya atdığı imzadan imtina edəcək, ya da resğoanının bağlayıb gedib evində oturacaq. Təbii ki, bu sözlərdən sonra iş adamı ikinci varianta üstünlük verib və atdığı imzadan imtina edib.

Neftçaladakı mənbəmizdən aldığımız məlumatda bildirilir ki, İsmayıl Vəliyev müraciətə imza atan digər sahibkarlara da təzyiqlər edir. Bu barədə nösbəti yazımızd




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.