Sabirabad rayon İcra Başçısı barədə - ŞOK

18-06-2016, 13:06   


Saxta diplomlu 65 yaşlı idarə müdiri Elxan Əsədova və onun qızı Könül Əsədovaya qəhmər çıxanlar

Təhsil nazirliyinin təşəbbüsü ilə bu ilin aprel ayında direktor olmaq istəyən müəllimlərlə bağlı imtahan keçirildi. Amma bu imtahan Sabirabadın icra başçısı Nazim İsmayılov üçün arzu olunmazdır. Çünki, İmtahanlarda yüksək nəticələr əldə edənlərin “xahişi” edilməyib. Bu məqsədlə 16 məktəbin əldən çıxmasına yol verməmək üçün İsmayılov rayon Təhsil şöbəsi müdirinin müavini Azər Quliyevlə iş birliyinə girib. Azər də bu “oyun”dan qazanclı çıxacağını fikirləşib gözaltı elədiyi “pullu-paralı” direktorluğa namizədləri bir-bir İsmayılovla görüşdürüb. Azər Quliyev boş qalmış şöbə müdiri vəzifəsini tutmaq üçün böyük canfəşanlıq göstərib (Haşiyəyə çıxaq ki, onun yaltaqlığı və iş verənliyi işə yarımayıb. Şöbə müdirliyinə başqa birisi təyin olunub). Elə birinci görüşündə Azər başçıya onun “xeyir-dua”sıyla təhsil üzrə regional maliyyə mərkəzinin müdiri olmuş Elxan Əsədovun qızı Könül Əsədovanı təqdim edir.

Elxan Əsədovun kimliyi artıq kütləvi informasiya vasitələrindən hamıya tanışdır. Sabirabadda o da məlumdur ki, texnikom təhsilli Elxan 4-5 il əvvəl mədəniyyət şöbəsinin mühasibi işləyəndə, yəni 60 yaşı olanda rusiyadan özünə saxta diplom “düzəltirə” bilmişdir. Elxanın 65 yaşlı bir şəxsin yenicə yaradılmış regional bir vəzifəyə irəli çəkilməsinə uzun illər onunla birgə işləyən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanov dəllallıq edib. O, bu işə dostu Prezident admistrasiyasının Sabirabad üzrə kuratoru İbrahim Mustafayevi, əslən sabirabadlı olub hazırda təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri olan Rauf Orucovu cəlb edib. Başda Nazim İsmayılov olmaqla bu üçlük saxta diplomli, 65 yaşlı birisinə “dayı”lıq ediblər. Bilmirlər ki, bu əməlləri ilə onlar birbaşa Prezidentə qarşı çıxıblar. Saxta diplom cinayətdir, 65 yaşlının böyük vəzifəyə gətirilməsi isə dövlət başçısının sərəncamını vecə almamaqdır.

Bu oyunbazlıqdan sonra başçı Nazim İsmayılov onun qızı Könül Əsədovaya da “xeyir-dua”sını verib. Onu qəbul edəndə cəmi 5 ay Nızami Gəncəvi adına məktəbdə yarım ştatla işlədiyini, kollektiv arasında intiriqaçı, nevroz kimi xarakteriza olunduğunu vecinə almayıb. Hətta bu xanımın YAP-ın üzvü olmamasını belə əhəmiyyət verməyib. Sabirabad da hər kəs bu ailəni dövlətçilikdən uzaq, qatı müxalifətçi kimi tanıyır. Diqqət yetirin, ata Elxan məşhur müsavatçıdır. Könülün əri Ağayev Azər Mirələm oğlu qatı müxalifətçidir. Bütün seçkilərdə İsa Qəmbərin, Əli Kərimovun, Cəmil Həsənlinin və keçən il isə parlament seçkilərində Pənah Hüseyinin müşahidəçisi kimi YAP-çıların başına oyun açıb. Pulun gücünə bir baxın. Görün dövlətdə kimlərl təmsil olunur. Artıq Könül Əsədova Nizami Gəncəvi adına məktəbin direktorunu əvəz edir.

Lakin Lənkəranda ali təhsil alan Könül təhsil nazirliyinin imtəhanından keçə bilmədiyi üçün başçını pis vəziyyətdə qoyub. Çarəsiz qalan Nazim İsmayılov indi bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, həmin yerə biliyi ilə keçən şəxsi ləkələməklə onu direktorluqdan kənarlaşdırmaq istəyir.

Bununla o nazirlikdə biliyi ilə qalib gələn direktor barəsində pis rəy formalaşdırmaq və nəticədə onun müsahibə mərhələsindən keçməməsi üçün bütün kanallarını işə salıb. Axı niyə də salmasın, ortada 30 min var. Bu məqsədlə başçı nazirə məktub yazmaqdan belə çəkinməyib.

Nizami Gəncəvi adına 5 saylı məktəbin kollektivi isə ciddi narahatdır. Psixoloji cəhətdan səhəttində problemlər olan bu xanımın iki aylıq “direktorluğu” dövründə məktəb bərbad vəziyyətə düşüb. Artıq valideynlər yeni dərs ilində uşaqlarını bu məktəbdən çıxarmaq barədə düşünürlər.

Ataların yaxşı bir məsəli var. Dəli quyuya bir daş atdı, yüz ağıllı yığışıb çıxara bilmədi. Burada isə vəzifəl şəxslərin köməyi ilə quyuya qara daş atılıb. Qanunsuz əməllər törədilib. İndi rayonda hamı bu pisliklərdən xilas olmaq istəyir, ancaq bacarmır. Bilisiz niyə. Çünki bu dəhşətlərin arxasında icra başçısı Nazim İsmayılov, təhsil nazirliyuinin şöbə müdiri Rauf Orucov və prezidentin işçisi İbrahim Mustafayev dayanır.

Çox təccüblüdür. Sosial şəbəkədə, elektron portallarda dəfələrlə yazılan saxta diplomlu, 65 yaşlı birisinin – Elxan Əsədovun vəzifəyə gətirilməsi, onun savadsız, nevroz qızı Könül ilə və onun yeznəsi -bütün seçkilərdə Əli Kərimovun, Cəmil Həsənlinin, Pənah Hüseynin müşahidəçisi olaraq dövlətə qarşı bütün rəzilliyə gedən Azərlə bağlı vəzifəli şəxslərin törətdikləri saxtakarlıqlara niyə riyaksiya yoxdur. Məgər bu deyilənləri araşdırmaq o qədər çətindir. Axı bu dövlətə inamı sarsıdır.

Dosye.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.