Füzulinin mədəniyyət və səhiyyə sistemində Alı Alıyev «metodu» - təfsilat

21-06-2016, 18:04   
Füzulinin mədəniyyət və səhiyyə sistemində Alı Alıyev «metodu» - təfsilat
Füzulinin mədəniyyət və səhiyyə sistemində Alı Alıyev «metodu»Hər iki sahə bərbad vəziyyətdədir, icra başçısının təlimatıyla şöbə müdiri bütün musiqi məktəblərindən pul yığdırır

Füzuli rayonda icra başçısının yarıtmaz fəaliyyəti nəticəsində mədəniyyət təhsil və səhiyyə şöbələrində vəziyyət iflic halına düşüb. Politika.Az-a verilən məlumata görə, Regional İdarənin yaranması səbəbindən isə rayon mədəniyyət şöbəsinin müdiri Məmmədov başına çarə axtarır.

Bu barədə məlumat verən şəxslər deyirlər ki, Azərbaycanda elə bir rayon yoxdur ki, Füzulidəki qədər musiqi məktəbləri olsun. «Vəziyyət belədir ki, Füzuli rayonunda adı olub, özü olmayan musiqi məktəbində direktorlar işçilərdən pul yığmaqla məşğuldurlar. Onlardan isə Füzuli Mədəniyyət Şöbəsinin müdiri tələb edir. Elə bu səbəbdən də məktəb direktorlarıyla şöbə müdiri arasında savaş başlayıb. Hətta şöbə müdiri ozü bildirib ki, kim yay pulunu yığıb verməsə, icra başçısı onları işləməyə qoymayacaq».

Mənbələr bildirir ki, rayonda təhsilin vəziyyəti daha da ağırdır. Buna paralel olaraq, Mədəniyyət və Turizm şöbəsinin müdiri əksər direktorların adına kreditlər götürüb. Buna səbəb də işə qəbul olunmaq üçün».

Məmmədova fikirlərini belə əsaslandırıb ki, yığılan pulun bir hissəsi başçıya, digər hissəsi isə Təhsil Nazirliyinə çatdırılacaq. Xanım müdirə təhsil şöbəsinin pul yığanı kadrlar işinə baxan Şadya Qəhrəmanova ilə məsləhətləşərək bu qərara gəliblər ki bu dəfə pulu başqa formada yığsınlar. «Belə ki, rayonun məktəbləri zonaya bölünüb. Hər rayona isə həmin zonada olan bir direktor rəhbərlik edir. Bakıda yerləşən məktəblərin direktorlarına pulu Füzulinin Bakıda olan 48 saylı direktoru Şərafət HAcıyeva Sumqayıt məktəblərinə 7 saylı məktəbin direktoru Sahibə müəllimə Arazboyu məktəblərin pullarını isə Böyük Bəhmənli 2 saylı orta əktəbin direktoru Həsən müəllim və s. yığırlar».

Politika.Az-a verilən məlumatda deyilir ki, xanım Məmmədova bildirib ki hər ay başçının və regionun pulunu direktorlar ödəməlidir. «Ona görə də təhsil şöbəsində anlaşılmaz bir vəziyyət yaranıb.Yaranmış bu vəziyyətdən bezəç direktorlar işləmək istəmirlər! Hər gen təhsil şöbəsində pul üstündə razborkadlr! Müdir naəlac qalıb yeznəsinin qapısına mühafizə qoydurub ki, davaya gələnləri içəri buraxmasınlar. Yeznədə ki, Bakıda Binəqədi Rayon Polis Şöbəsi tərəfindən axtarışdadır».

Şikayətçilər vurğulayırlar ki, Səhiyyə Nazirliyində də durum ağırdır. Füzuli rayonunda baş həkimlərin başı daha çox pul qazanmağa qarışıb. «Xəstəxana da aparılan bütün əməliyyatlar qənaətbəxş deyil! Doğuşda ölüm halları artıb. Xəstələnib gələnlər isə xəstələndiklərinə peşman olurlar. Çünki hər şey pulnandır. Buna səbəb isə baş həkim Natiqin başçıya verib gəldiyi pulun yerini doldurmaq üçün apardığı yeni islahatlardır».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.