Kərəm Həsənovun 40 mərtəbəli biznes mərkəzi - FOTO

29-06-2016, 12:10   


Kərəm Həsənovun 40 mərtəbəli biznes mərkəzi - FOTO Nağıllarımızda sirli 40-cı otaq var. Deyəsən, məmurlarımız da özlərini nağıl qəhrəmanlarına bənzətmək istəyirlər. Evlərində cürbəcür ekzotik heyvanlar saxlayır, özləri üçün qəsr-qalalar tikirlər, quşqonmaz uca hasarlar qaldırır, yeraltı bunkerlər tikdirirlər.

Belə 40 mərtəbəli binalardan biri də xeyli vaxtdır ki, Heydər Əliyev prospektində inşa edilir. Binanın qarşısında heç bir lövhə vurulmayıb.

NUH.az-a daxil olan məlumata görə bu möhtəşəm 40 mərtəbəli bina Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsusdur. Və gələcəkdə biznes mərkəzi kimi fəaliyyət göstərməlidir.

Binanın yaxınlığında çalışanların dediyinə görə, hər gün komitə sədrinin qardaşı, millət vəkili Hacı Malik Həsənov gəlib tikintiyə nəzarət edir.

Sözün düzü, millət vəkilinin "prorab”lığı marağımıza səbəb oldu, ancaq özü il əlaqə saxlayıb məlumatı dəqiqləşdirə bilmədik.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar