Masallı bir qrup korrupsioner məmurun əlində əsir-yesir qalıb. Cənub zonasının iqtisadi cəhətdən ən potensiallı bölgələrindən olan bu regionda qanunsuzluqlar, özbaşınalıqlar, aşağıdan yuxarıya qədər rüşvət bataqlığında boğulma müşahidə olunur. Hətta Masallını tar-mar etmiş, viran qoymuş keçmiş rəhbər Qəzənfər Ağayevin Astaraya təyinatı da rayonu xilas edə bilməyib. Onun sələfi Rafil Hüseynov bir neçə ildir ki, Masallıda “saman altdan su yeridir”. Abıyevlərə uduzmaq, rəisin isə DYP oyunları…
“Gündəm-xəbər”in apardığı araşdırmaya görə, onun və komandasının idarəçiliyi Q.Ağayevdən fərqli olaraq talan siyasətini çılpaq şəkildə həyata keçirməməkdir. Eyni zamanda Daşkəsənin icra başçısı Əhəd Abıyevin Masallıda birinci müavin olan qardaşı Nadir Abıyev maxinasiyaylarda xüsus rola malikdir. Rafil Hüseynovun uzun müddət Abıyevlərlə apardığı mübarizə də səmərə vermədi. Qəzənfər Ağayev kimi Rafil Hüseynov da Abıyevlərin Masallıdakı gücü ilə hesablaşmalı oldu. Və nəinki hesablaşmalı, əl-ələ verib büdcə vəsaitlərini çırpışdırmaq, yeyinti və digər qanunsuzluqlara qol qoydular. Amma Masallıda xalqı soyan və rüşvətxor təkcə rayon icra hakimiyyəti məmurları deyil. Əhalini təngə gətirənlər siyahısına Masallının polis rəisi Nəriman İmanov, Dövlət Yol Polis şöbəsinin rəisi Afət Mirzəyev, o cümlədən Əhalinin Sosal Müdafiə Mərkəzi direktoru Akif Əliyev və müavini Rövşən Həzərxanov daxildir. Ondan başlayaq ki, polis rəisi Nəriman İmanovla deputat Nəriman Əliyev uzun müddətdir yola getmirlər. Bu münasibətlərdəki gərginliyin səbəbi isə sırf bir-birini həzm etməməkdir. Deputatla rəisin arasındakı qarşıdurmaya DYP rəisi də qarışıb. A.Mirzəyev millət vəkilinin sürücüsü sükanda olarkən maşının saxlatdırıb və cərimə etdirib. A.Mirzəyev N.İmanovun bütün təlimatlarını can-başla yerinə yetirir. Ümumiyyətlə, İmanovun əsas gəlir mənbəyi DYP-dir. Masallı DYP-nin rəisi Afət Mirzəyevdən şikayət edənlərin sayı günbəgün artır. Afət Mirzəyevin tətbiq etdiyi qaydalar və irəli sürdüyü şərtlər digər idarə və bölmələrdə rast gəlinməyənlər sırasındadır. Rayonda apardığımız araşdırma zamanı məlum olub ki, Masallıda sürücülük vəsiqəsi olmayan şəxs idarə edərkən saxlanılarsa, bunun üçün dərd çəkməyə dəyməz. Ona görə ki, ən pis halda avtomobil cərimə meydançasına aparılacaq. Ardından Polisdəki Növbətçi Hissədə həmin sürücünün adını qeydə alacaqlar. Amma iş gəlib cərimə tətbiq etməyə çatanda qaydalar dəyişəcək. Masallı DYP-də buna «Afət Mirzəyev qaydaları» deyirlər. Həmin qaydalara əsasən inzibati protokol tərtib edilərkən DYP əməkdaşları onu sürücülük vəsiqəsi olmayan şəxsin adına deyil, hansısa sürücülük sənədi olan şəxsin adını qeyd edirlər. Və bu zaman kəmər, avtomobilin düzgün saxlanılmaması və ya bir başqa yol hərəkəti qaydasının pozuntusu kimi sənədləşdirərək, 20 manatlıq cərimə yazırlar. Elə zənn eləməyin ki, Masallı DYP-də bunu insaf naminə və ya hörmət əlaməti olaraq edirlər. Əksinə, həmin sənədi olmayan sürücüdən lazımi qədər rüşvət aldıqdan sonra yuxarıdakı əməliyyat həyata keçirilir. Yəni, «Mirzəyev qaydaları»na görə, sürücülük hüququ olmayan vətəndaşdan 1-ci dəfə 100 manat, təkrarlanarsa 200 manat «cərimə» alınır. İşin qəribə tərəfi odur ki, bu zaman Növbətçi Hissənin kitabındakı göstəricilərlə protokoldakı cərimənin mahiyyəti tam ayrı olur. ƏSMM-də direktorla müavinin bazarı Masallıda yuxarıda qeyd etdiyimiz kimi təkcə polis rəisləri əhaliyə “qan uddurmur”.
Bundan əlavə ƏSMM dirketoru ilə müavini rüşvət məskəni salıb. Masallı ƏSMM-də hər ay sosial yardıma ehtiyacı olanların on min manatlarla yardım payı payı mənimsənilir. Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyev və ətrafı dövlətin sosial müdafiyə ehtiyacı olan vətəndaşlara ayırdığı vəsaitləri açıq aşkar mənimsəyirlər. Dövlətin yardımını alanları 60-70 faizi Akif Əliyevin qohum-əqrabası, həmçinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdirinə rüşvət verərək dövlətin sosial yardımını alan imkanlı şəxslərdir. Sosial yardım almağı haqq edənlər isə bir qayda olaraq kənarda qalırlar. Ya da həmin şəxslər alacaqları sosial yardımın 3-4 ayını Akif Əliyevə vermək məcburiyyətindədir. Bu isə faktiki olaraq dövlət yadımına ehtiyacı olan ailəllərin insanların sosial müdafiəsini təmin etməklə vəzifəli olun məmurlar tərəfindən soyulması deməkdir. Direktor müavini Rövşən Həzərxanov bu işlərdə Əliyevin sağ əli hesab olunur. Vətəndaşlarla birbaşa danışıqlara da müavin gedir. Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyən işçilərin bir çox qohum əqrabaları, dost-tanışları və yaxınlarıda ünvanl sosial yardımdan bəhrələnirlər. Halbuki rayonun bir çox kəndlərində imkansız vətəndaşlar var ki, onlar illərdir sosial yardıma həsrətdirlər. Yəni Akif Əliyev və «komandası»nın «hörmətini» etməyənlər dövlətin ünvanlı yardımından məhrum olurlar. Bundan başqa rayonda soial alan şəxslərin bir çoxunun ünvanlı yardımının şişirdildiyidə qeyd olunur. Belə ki, mərkəz müdirinə və ətrafına «hörmət» edən şəxslərin ünvanlı yardımı qeyri qanuni artırılır.
Qeyd edək ki, Masallı rayon əhalinin Sosial Müdafiəzi Mərkəzində həyata keçirilən sosial yardım maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olna əlavə məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Akif Əliyev Masallı ƏSMM- dən sonra Masallı DSMF-i də xaraba qoymağa başlayıb Masallı DSMF-in müdiri Akif Əliyev işçilərdən tələb etdiyi «rüşvəti» birbaşa DSMF-nun rəhbəri adındnan istəyir. Akif Əliyev Masallı DSMF-ni eyni ƏSMM-də işlədiyi kimi idarə edir. Belə ki, idarə müdiri burada da ən lazımlı yerlərə ona sadiq şəxsləri yerləşdirməklə özünün “mükəmməl” korrupsiya sistemini yaradıb. Mənbə iddia edir ki, Akif Əliyev DSMF-nin şöbə müdirlərinin əli ilə bir çox pensiyaçılara sifariş göndərərək onların aldıqları müavinatı artırmaq şansının olduğunu deyib. Ancaq kim pensiyasının artırılmasını istəıyirsə, ilk öncə müdirin təklifi ilə razılaşmalıdır. Yəni təqaüdçülər bunun üçün müdirə «hörmət» etməlidirlər. Başçı və oğlunun gizli işləri Və nəhayət, Masallının icra başçısı və onun oğlu haqda yayılan xəbərlərə gəlincə, R.Hüseynov özünü sakit təbiətli biri kimi təqdim etməyi bacarıb. Bu sakitliyin arxasında isə səs-küylü maliyyə əməliyyatları, büdcə yeyintiləri, torpaq alveri və oğlunun dəbdəbəli həyat tərzi dayanır. Masallının icra başçısı Rafiq Hüseynov isə mediada rayonun problemləri ilə bağlı yazılan yazılara müxtəlif vasitələrlə “təmizlətdirir”, ya da jurnalistlərə təzyiqlər edir. Rayonun sosial-iqtisadi inkişafı ümün ayrılan milyonların isə taleyi qaranlıq qalır. Dəfələrlə bu mövzu gündəmə gətirilsə də, təəssüflər olsun ki, problem həllini tapmır. Xatırladaq ki, rayon yollarının təmiri, yenidən çəkilməsi üçün 5 milyon manatdan çox vəsait sərf olunub. Ancaq bu pulların necə “yola verildiyini” görmək üçün sadəcə Masallı yollarında hərəkət etmək kifayətdir. Əslində bu vəsaitlə rayon yollarını tamamilə yenidən qurmaq mümkün idi. Ancaq Rafil Hüseynov Masallı yollarını yamamaqdan başqa heç bir iş görməyib. Rayonda ciddi işsizlik problemi hökm sürməsinə, kənd təsərrüfatının inkişafında süni maneələr yaradılmasına baxmayaraq Rafil Hüseynov bütün gəlirli sahələri ələ keçirməyə müvəffəq olub. Masallıda icra başçısına bağlılığı heç kimdə şübhə doğurmayan obyektləri tanımayan yoxdur. Bu obyektlərin siyahısında mağazadan tutmuş zavoda qədər irili-xırdalı onlarla müəssisənin adı yer alır. Oncaqala kəndində yerləşən çörək zavodu, Təzə Alvadı kəndində yerləşən asfalt zavodu, beton-üzlük sexi, istirahət mərkəzləri, marketlər rayonun sosial iqtisadi “tərəqqisinin” bariz nümunələridir. Rayonda görülən bütün işlər məhz başçıya məxsus olan şirkətlər vasitəsilə həyata keçirilir. Çünki, bu şirkətlər tenderlərin qalibi olmaq üzrə çoxqatlı ölkə çempionlarıdır. Masallının inkişafı məqsədilə büdcədən ayrılan milyonlar isə məhz icra başçısı Rafil Hüseynova bağlılığı olan bir neçə şirkət tərəfindən “icra olunur. Masallının mərkəzi küçələrindən qışda gölməçə və palçıqdan ,yayda toz əlindən keçmək olmur.Təmir işləri adətən Masallının tanınmış iş adamlarından olan Hacı Mazana məxsus «Bayram-M» MMC şirkəti həyata keçirir. Və nəhayət Masallı şəhər daxili yollarının təmirinə təxminən 1 milyon manata qədər xərc çəkilib və təmir işlərini «Bayram-M» MMC şirkəti həyata keçirib. Məlumatı verən mənbə iddia edir ki, icra başçısı Rafil Hüseynov yuxarıda qeyd olunan kənd yollarının təmirini həyata keçirən şirkətlərlə əlbir olaraq ayrılan milyonlarla manat vəsaitin bir hissəsini «kitabdan kitaba» salaraq mənimsəyib. Bildirilir ki, çəkilən kənd yollarının layihə smetasa cədvəlində qoyulan asfaltın qalınlığının 10-12 sm göstərilsə də, yola döşənən asfaltın qalınlığı 4-5 sm olub. Elə bu üzdən də təmirinə 5 milyon manata yaxın dövlət vəsaiti sərf olunan həmin yollar artıq dağılır və icra başçısı Rafil Hüseynov öz «səhvini» ört-basdır etmək üçün hazırda həmin yollara «yamaq» vurdurur və cəmi hər il 5 milyona yaxın vəsit sərf olunan yolların təmirinə əlavə vəsait sərf edir.
DIA/AZ olaraq yazıda adı keçən şəxslərin barəsində iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq.