Son vaxtlar medianın sifarişlə işlədiyi, onun müəyyən məmurlara bağlı olması ilə bağlı səslənən fikirlərin sayı artmaqdadır.
Maraqlıdır, Azərbaycan mediası həqiqətənmi məmurlar tərəfindən idarə olunur? Doğrudanmı Mətbuat Şurası medianın mövcud durumundan xəbərsizdir?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev əksər saytların məhz mərkəzi siyasi hakimiyyət tərəfindən idarə edildiyini vurğuladı:
“Ölkədə əksər saytlar kiminləsə əməkdaşlıq edir. Əksər saytlar mərkəzləşmiş şəkildə Prezident Administrasiyası tərəfindən idarə olunur. PA prinsip etibari ilə bilir ki, hansı saytlar kiminlə əməkdaşlıq edir. Bu qurum hansı sayta kimin nə qədər vəsait ayırdığını bilir. Orada siyasi sifarişlər də olur. Mən hesab edirəm ki, PA hansı sayta kimin patronajlıq etdiyini bilir.
Azərbaycan mətbuatı bütünlükdə bu gündədir. Mətbuat Şurası da bunu gözəl bilir. Odur ki, bütün bunlarda qeyri-adi, yeni heç nə görmürəm”.