Növbəti devalvasiya qapıda

15-07-2016, 08:31   
Növbəti devalvasiya qapıda
Hökumət dolların bahalaşmasının qarşısını ala bilmir

15.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5581 səviyyəsində müəyyən olunub. Bu barədə Mərkəzi Bankdan bildirilib. Iyulun 14-də USD/AZN rəsmi məzənnəsi 1,5576 manat səviyyəsində olub.

Həmçinin dünən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı hər biri 50 mln. ABŞ dolları olmaqla, ümumilikdə 100 mln.


ABŞ dolları məbləğində vəsait hərraca çıxarıb.

Fonddan “Report”a verilən məlumata görə, bu vəsait 24 banka satılıb.

Iyulun 13-də isə Neft Fondu və Mərkəzi Bank hər biri 100 milyon dollar olmaqla, 200 milyon dollar hərraca çıxarmışdı.

Müşahidələr göstərir ki, artıq hökumət dolların bahalaşmasının qarşısını ala bilmir. Ona görə də hər gün cüzi bahalaşma baş vermir. Ekspertlərin sözlərinə görə, bu proses çox davam edə bilməz. “Artıq növbəti devalvasiya qapıdadır”, – deyə ekspertlər bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar