ANS telekanalının bağlanması cəmiyyətdə birmənalı qarşılanmayıb
Xəbər verdiyimiz kimi, ötən gün ANS telekanalının yayımı dayandırılıb. Kanalın antitürkiyə və terrorizmin təbliği ilə bağlı materiallar yaydığı üçün bu addım atıldığı bildirilib.
Türkiyədə baş verən uğursuz dövlət çevrilişi fonunda yüzlərlə insanın ölümü və minlərlə hərbiçinin, məmurun həbsi ilə nəticələnən bir hərbi qiyamın əsas təşkilatçısı olaraq göstərilən və uzun illər boyu ABŞ-ın Pensilvaniya ştatında yaşamasına baxmayaraq, Türkiyədəki paralel dövlət yapıısının başı olaraq bilinən Fətullah Gülənin müsahibəsinin Azərbaycanda yayımlanması təbii olaraq bu həssas dönəmdə Azərbaycanla Tütrkiyə arasında münasibətlərdə gərginlik yaranmasına səbəb olacaqdı. ANS telekanalının bağlanması səbəbi ilə bağlı MTRŞ-nın yaydığı açıqlamada da bu məsələ açıqca ifadə olunub.
MTRŞ-nin bu qərarı AzTV-nin “Günün nəbzi” poqramında media mütəxəssislərinin iştirakı ilə müzakirə edilib.
Verilişdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.
Aparıcılığını Rövşən Məmmədovun etdiyi verilişdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, MTRŞ Aparatının rəhbəri Toğrul Məmmədov, millət vəkili Elman Nəsirov və jurnalist Azər Həsrət yer alıb.
[media=https://www.youtube.com/watch?v=IXOyXnTje5c]