Şamaxı Dövlət Sənaye İqtisad kollecinin direktoru Anar Abbasov onun müəyyən etdiyi qaydalara ram olmayan tələbələri çox qəribə bir üsulla susdurur və bu üsulu tətbiq etdikdən sonra heç kəsin direktorun bir sözünü iki etməyə cürəti çatmır. Bu üsulu həyata keçirən Anar müəllimin yaxın dostu və əməkdaşı tyutor Sevda xanımdır. Iş burasındadır ki, Anar müəllim bir qrup vəhhabi ilə gizli dostluq əlaqələri saxlayır və onlara mütəmadi olaraq maddi və mənəvi yardımlar göstərir. Bunun əvəzində "uzun saqqallılar” da direktora borclu qalmırlar. Anar müəllimin qaydalarına etiraz edən tələbələr və hətta müəllimlər axşam vaxtı dar küçələrdə yaxalanaraq, divara dirənirlər. Vəhhabilər "üsyançının” gözünü elə qorxudurlar ki, biçarənin az qala dili tutulur. Bu azmış kimi hələ üstəlik onu kötəkləyirlər də. Beləliklə "vəhhabi şapalağı” dadan tələbə və yaxud müəllim dalının qorxusundan bir də direktora qarşı çıxmır. Deyilənə görə, bu üsulu Anar müəllimə atası Azərbaycan Kooperasiya Universitetinin "Biznesin Təşkili, Dövlət və Bələdiyyə İdarəetməsi kafedrası”nın müdiri Fazil Abbasov tövsiyyə edib. Deyilənə görə, Fazil müəllim də öz tələbələrini vaxtaşırı bu cür "sınaq testləri”ndən keçirir. Burda deyiblər ki, "ot kökü üstündə bitər”. Hesab edirik ki, Anar Abbasovun "mütərəqqi üsulu” nazirliyin də diqqətinə layiqdir və belə təlim-tərbiyyə vasitəsinin respublikanŞamaxıda dəhşət: Kollec direktoru tələbələri vəhhabilərə döydürürın bütün təhsil müəssisələrində tətbiq olunması məqsədə uyğun və arzu olunandır. Hər halda nazirlik rəsmilərinin bu barədə düşünməyi pis olmazdı.
Xalqxeber.az