Real iş yerlərinə ehtiyac olduğu halda, onların imitasiyası yaradılıb
Ölkəni bürüyən maliyyə böhranı iqtisadi fəallığı azaltmaqla yanaşı diplomlu işsizlər ordusu yaradıb. Təkcə son zamanlar bağlanan bankların sayı 10-a çatıb. Bu bankların fəaliyyətini dayandırması yüzlərlə ali təhsilli və peşəkar mütəxəssislərin işsizlər ordusunun sayını artırması deməkdir. Bundan başqa ticarət obyektlərinin sayının durmadan azalması, xidmət sektoruna müraciət edənlərin sayının azalması da işsizlərin sayını artırır. Eyni zamanda əhalinin gəlirlərinin azalması alıcılıq qabiliyyətini aşağı salıb.
Amma hökumət baş verənlərin fonunda real addımlar atıb, yeni iş yerləri yaratmaq əvəzinə imitasiya ilə məşğuldur. Bu imitasiya isə süni şəkildə iş yerləri təklifinin yaradılmasıdır. Amma təcrübə göstərir ki, bu cür süni şəkildə yaradılan iş yerləri bir qayda olaraq əbəs yerə insanların vaxtını alır, əlavə ümid versə də, sonda bu ümidlər özünü doğrultmur.
Məsələn, diqqətinizə son günlər saytlarda yer alan vakansiyaları təqdim edirik.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi proqramçı vəzifəsinə işçi axtarır.
“Embafinans” kredit təşkilatı Xaçmaz, Quba,ÿQusarÿfiliallarınaÿkredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisiÿvəzifəsinə işçi axtarır.
Maliyyə Bazarlarına Nəzarət Palatası təminat və satınalmalar sektorunun aparıcı mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edib.
Bu siyahıda xüsusilə banklar, sığorta şirkətləri aktivliyi ilə seçilir. Işçilər bankların əsasən regionlarda yerləşən ofisləri üçün axtarılır. “TBC Kredit”, “DəmirBank”, “Bank VTB”, “Accessbank”, “AXA MBASK”, “Caspian Development Bank”, “Kapital Bank”, “AzSığorta”, “Meqa Sığorta”, “Bank Avrasiya”, “Invest AZ”, “Bank of Baku”, “PAŞA Sığorta”, “Unibank”, “Azər Türk Bank”, “Xalq Sığorta”, “Atəşgah Sığorta”, “FINCA Azerbaican” bu siyahıda adları daha tez-tez hallanan təşkilatlardır.
Maraq doğuran odur ki, bank sektorunda böhranın getdikcə dərinləşdiyi və bu yaxınlarda 5 bankın bağlandığı bir zamanda banklar işçi axtarır. Ən azı bu bağlanan bankların əməkdaşları vakansiya elan edilən ünvanlara müraciət edə bilərdilər.
Ekspertlərin fikrincə, bu tendensiya sadəcə olaraq gözdən pərdə asmaq məqsədi daşıyır. Yəni ölkədə böhranın heç bir izi yoxdur və proseslər neft bumundakı kimi davam edir. Amma təəssüf ki, reallıq tam başqa cürdür. Işsizlərin sayı hər gün daha da artmaqdıdr. Baş verənlərlə bağlı isə hökumətin heç bir real addımı görünmür. Əksinə bu cür susqunluq iqtisadiyyatı daha da çıxılmaz vəziyyətə salacaq.