Göyçay sakini Politika.Az-a ünvanladığı şikayət məktubunda məmur özbaşınalığından bəhs edib
Rayonun Çayarxı kənd sakini, Qarabağ veteranı Səlimov Zinhar yerli məmurlardan narazılıq edir.
Belə ki, o, mənzil şəraitinin yaxşılaşdırılması üçün dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətinin əməkdaşları 1-2 dəfə onun yaşadığı ünvana gələrək evinə baxıblar və kömək edəcəkləri ilə bağlı söz veriblər.
Lakin sonradan verdikləri sözə əməl etməyiblər. Sonuncu dəfə Z.Səlimovun evinə baxmaq üçün gələn icra hakimiyyətinin əməkdaşlar “kömək etmək üçün vəsaitimiz yoxdur" deyiblər və gediblər. Dövlət, o cümlədən məmurlar belə insanların yaşayış şəraitinin yaxşılaşdırması üçün addımlar atmalı olduğu halda, əksinə laqeydlik edirlər.
Politika.Az