Banklara nağdsız əməliyyatlara keçid komandası verildi
Banklar nağd əməliyyatları məhdudlaşdırır. Verilən təkliflərdən biri, 1000 manatdan yuxarı məbləğdə olan nağdsız ödənişlərə aşağı vergi dərəcəsi tətbiq edilməklə nağdız ödənişlərin stimullaşdırılmasıdır.
Bu sözləri Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında vergilər nazirinin müavini Ilkin Vəliyev deyib. “Bu son təklif deyil. Bu təklif üzərində müzakirələr gedir. Nəzərdə tutulur ki, 1000 manatdan yuxarı nağdsız əməliyyatlar stimullaşdırılsın. Bu təkcə bizdən asılı olan məsələ deyil. Burada bankların xidmət haqları da var. Kommersiya bankları da tarifləri aşağı salaraq bu stimullaşdırma tətbirinə dəstək verməlidirlər”. (Marja)
Belə bir addımın atılması anlaşılandır. Bununla dövriyyədə manat kütləsinin maksimum daralmasına və bununla da inflyasiyanın və dolların məzənnəsinin stabil saxlanılmasına çalışılır. Bu addımın nə qədər effektli olduğu ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Ekspertlərə görə, hazırda sahibkarların üzərinə olan vergi hücumu pik həddə çatıb. Bu addımların atılmasına baxmayaraq müxtəlif vergi ödəmələri üzrə azalmanın davam etdiyi müşahidə olunur. Əlbətdəki bu tip addımlar özünü iqtisadi fəallıqda göstərməli idi.
Hazırda banklara verilən göstəriş vəziyyəti bir qədər də ağırlaşdıra bilər. Çünki hökumət bu addımı atmaqla yalnız dövriyyədəki pul kütləsini nəzarət altında saxlamağa çalışır. Bu addımın da məqsədi aydındır. Ölkədəki inflyasiyanı və dollara olan tələbatı nəzarətdə saxlamaq. Amma yay fəslinin sonuna doğru dollara olan tələb təbii amillərlə bağlı olaraq artacaq. Buna səbəb mövsümü qidaların başa çatması üzündən idxalla bağlı qidalara tələbatın artmasıdır. Hazırkı iqtisadi durum isə iqtisadiyyatdakı bu aıcanacaqlı vəziyyəti bir qədər də qəlizləşdirəcək.
Xəyal