Mərkəzi Dənizçilər Xəstəxanasının (KASPAR) nəzdində fəaliyyət göstərən poliklinikada qəribə hadisə baş verib. Redaksiyamıza daxil olan məlumata görə, poliklinkanın baş həkimi tutduğu vəzifədən azad edilib.
Onun yerinə isə poliklinikanın “zəvxoz”u, hətta orta tibbi savadı olmayan Fəxrəddin Abdullayev təyin edilib. Poliklinikanın adının çəkilməsini istəməyən işçiləri deyir ki, Fəxrəddin Abdullayev Texniki Universiteti bitirib. Onun baş həkim təyin edilməsi KASPAR-ın baş həkiminə yaxın şəxs olması ilə bağlıdır.
Qeyd edək ki, məhz bu cür təyinatların nəticəsidir ki, səhiyyə sahəsində vaxtaşırı biabırçı hadisələr baş verir