Xaçmazda pritonlara kimlər havadarlıq edir: Babək-Şahin ittifaqı – II yazı

16-08-2016, 11:01   
Xaçmazda pritonlara kimlər havadarlıq edir: Babək-Şahin ittifaqı – II yazı
Bütün bunlar nə nağıldır, nə də hekayət. Bütün bu yazılanlar çox böyük zaman və maliyyə itkisinin hesabına ortaya çıxan faktlardır. Xaçmaz rayonu ərazisində heç bir qüvvənin belə qarşısını ala bilmədiyi sadə dillə desək adi bir pritonun arxasında nə baş verir, nələr olur və bütün bu yaşananlara hakimiyyət orqanları niyə susur ?… Suallar çoxdur, ancaq sadə bir kəndlinin məntiqi ilə belə, buna çox rahat cavab tapmaq olar. Çünki söhbət təkcə bir obyektdə il ərzində dövr edən təxminən 1.000.000 manatdan gedir. Beləliklə, cumhuriyyet.az olaraq bir neçə ay müddətində keçən stressli günlər, həyəcan və təşvişli anların ortaya çıxardığı araşdırmanın davamını təqdim edirik.
***
Artıq obyekt böyümüş, hətta həyətində kotejlər də var idi. Müştərilərinin sosial mənsubiyyəti nəzərə çarpacaq dərəcədə dəyişsə də, alverin tempi qaydasında idi. Nə isə uzun sözün qısası, bazarda kənd məhsullarının ticarəti ilə məşğul olub, günün sonunda bir-iki manatdan artıq pul qazana bilməyən Babək təbii ki, daha yaxşı qazanmaq üçün restoranı icarəyə götürür. Ancaq burda da bir əmma çıxır. Restoranın kotejləri işləməsə, pul qazanmaq heç də asan olmayacaq. Kotejlər işləməsi üçün isə Şahinin dili ilə desək, “erkəklərdən” icazə almaq lazımdı. Bəlkə kiməsə maraqlı gələ bilər ki, axı nəyə icazə almaq lazımdır?!
İzah edim… Azərbaycan reallıqlarını az-çox bilən adam bilir ki, bu məmləkətdə yanında qız dostunla hər hansı bir oteldə gedib istirahət etmək heç də güvənli deyil. Hər an yerli polis və yaxud da İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən “arzuolunmaz qonaqlarla” üzləşə bilmək ehtimalı çox yüksəkdir. Bundan ötrü də adıçəkilən yerləri əvvəlcədən “görmək” lazımdır. Ona görə də özündən qabaqkı icarədar, özünün bu tip işlərini müəyyən məbləğlər qarşılığında “həll edən”,özünü hamıya İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən Şahinin telefon nömrəsini verir. Babək Şahinlə əlaqə saxlayır. Şahin də ona İdarəyə gəlməyi məsləhət görür. Babək bundan sonra rahat işləyə bilmək üçün Bakıya, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə “aylıq” məsələsini həll etmək üçün yola düşür. İdarənin qabağına çatanda Şahinə zəng vurur. Şahin isə ona hazırda “tədbirdə” olduğunu deyir, və ona İdarənin əməkdaşlarından birinə (şəxsiyyəti məlum olsa da, İdarənin bəzi “əməkdaşlarından” fərqli olaraq tutduqları posta olan hörmətimizə görə adını yazmırıq-müəl.) yaxınlaşıb söhbət etməyi məsləhət görür. Babək adamla görüşür və eşitdiyi məbləğdən gözləri təpəsinə çıxır. Bundan sonra “problemsiz işləmək üçün” 6 aylıq 10 000 manat verməli idi.
Babək sözsüz ki, bu məbləğlə razılaşmır, cəmisi 3 koteji olan obyektin rahat işləməsi üçün bu boyda pul ödəyə bilməyəcəyini deyir. Üstəlik pulun qabaqcan ödənilməli olduğunu eşidəndə ümumiyyətlə icarədən vaz keçməyi düşünərək İdarəni tərk edir. Bayıra çıxan kimi Şahindən zəng gəlir. Babək də ona belə bir məbləğlə razılaşa bilməyəcəyini bildirir. Şahin ona tələsməməyi məsləhət görür və işini düzəldəcəyini vəd edir. Bir qədər sonra Şahin Babəkə zəng vuraraq işinin düzəldiyini, hələ üstəlik ona “qardaşlıq” göstərmək üçün 1 ay da möhlət verildiyini deyir.
Babək gəlir “Şəfəq” restoranını açır. Obyekt tam qüvvəsi ilə işləməyə başlayır. 3 aydan sonra Babək Şahinə, daha doğrusu Şahinin iştirakı ilə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşına 3 ayın “pulunu” yəni 5 000 manatı ödəyir.
Ancaq indi obyekt başqa cür işləyirdi. Obyekt daha müştəriləri qızla qəbul etmirdi. İndi obyektin həyətində və zalında müxtəlif bölgələrdən, müxtəlif yaşlarda fahişələr dolu idi. Şahin Babəki inandıra bilmişdi ki, onsuz da obyektə girən yoxdusa, (eyni mövzuda Babək Xaçmaz RPŞ ilə də “görüşmüşdü”-müəl.) onda burada gözəl bir əxlaqsızlıq yuvası təşkil etmək olar. Babəkin isə sözsüz ki, fahişə tanışları yox idi. Buna görə də Şahin bu işi öz boynuna götürür. Beləliklə obyekt “Şahinin dəstəsi” ilə dolur. Burada fahişəliyə cəlb olunan qızlar müştərilərə 20 manat müqabilində seksual xidmət göstərməyə başlayırlar ki, bunun da 10 manatını “otaq pulu” adı altında obyektə ödəyirlər. Babək öz xalasıoğlu Səidi də obyektə işə götürür. Alver başlanır. Vaxt-vaxtdan obyektdəki “dəstəsinin” işləri ilə yaxından maraqlanan Şahin get-gedə Səidlə dostlaşır. Babək isə ətraf uşaqların qınağı altında qaldığından, özünün də əvvəlki hörmətinin aşağı düşməsini hiss etdiyindən obyektdə görünmür. Bütün günü restoran və kafelərdə içki məclisi quraraq vaxtını keçirən Babək, bir az içib yumşalan kimi öz yaxın dostlarına əməlindən peşman olduğunu, hətta çox içəndə “gedib, o xarabanı yandıracam” da deyir. Onun bu durumu yaşadığı müddətdə isə Şahin Səidlə dostlaşır, həm də artıq “dostları” ona obyektin nə qədər pul qazandığını çatdırmışdılar. Beləki, obyektdə “işləyən” fahişələr bir gündə hərəsi 20 manatdan olmaqla, 25-30 nəfərlə görüşürdülər. Əldə etdikləri 500-600 manatı isə obyektlə tən yarı bölürdülər. 6 fahişənin bir gündə həm özlərinə, həm də obyektə verdikləri “xeyir” 1800-2000 manat idi. Bunun üstünə də obyektdə satılan çayı, pivəni toplasaq, görərik ki, bir restoranın yuva kimi işləməsi səbəbindən gündəlik alveri 2500-3000 manat cuvarında olub. Xərclər isə bu pulun qarşılığında qəpik-quruş idi. Beləki, hər ay icarə haqqı olaraq 4000 manat, Xaçmaz RPŞ-yə 3000 manat, Bakıya isə (İnsan Alerinə Qarşı Mübarizə İdarəsinə) – 6 ay üçün 10 000 manat idi. Yəni ümumi götürsək, obyektin 10 gününün qazancı…
Cəmil Məmmədli, Cumhuriyyet.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.