Fond direktorunun prezidentə müdhiş yalanları - Faktlar

17-08-2016, 08:49   
Fond direktorunun prezidentə müdhiş yalanları - Faktlar
Fond direktorunun prezidentə müdhiş yalanlarıSahibkarlığa Kömək Milli Fondu icraçı direktorunun ölkə başçısını aldatması haqda iddialar var...
Fond rəhbəri Şirzad Abdullayev sahibkarlara ayrılan güzəştli kreditlərin böyük payını ayrı-ayrı məmur övladlarının adına rəsmiləşdirib.

Prezident İlham Əliyevin sahibkarlara dəstək verilməsi haqda tapşırıqları və iş adamlarını sıxışdıran məmurlara yönəlik xəbərdarlığı Fond sədri Ş.Abdullayev tərəfindən qulaqard edilib.

İddialara görə, iş adamlarına güzəştli kreditlərin verilməsində pay bölgüsü qeyri-şəffaf həyata keçirilib. Belə ki, bir neçə sahibkara minimal məbləğdə kredit ayrılıb. Halbuki həmin vəsait iş adamlarının qarşısına qoyduğu məqsədə və layihənin reallaşdırmağa yetəli deyil.
Təxminən 5 milyona yaxın vəsait isə iki iri ranqlı vəzifəli şəxsin övladları arasında bölüşdürülüb. Onların rəhbərlik etdiyi şirkətlərin hesabına köçürülüb. Ş.Abdullayevin dövət rəhbərliyinə qarşı yalanı barədə mərkəzi dairələr xəbər tutub.

Amma ötən ilin oktyabrında baş verən məlum hadisələr, MTN əməliyyatı, generalların və bankirin həbsi, iki nazirin vəzifədən uzaqlaşdırılması Fond direktorunun bu işini arxa plana keçirib.

Məlum olub ki, Fondun MTN-lə gizli maliyyə əməliyyatları varmış. İri kredit layihələri fond tərəfindən maliyyələşdirilən zaman həmin sahibkarlarla bağlı bütün bilgiləri əldə etdikdən sonra Eldar mahmudov onlara basqılar edib.

Nəticə etibarilə də il ərzində fond vasitəsilə sahibkarlara ayrılan 200 milyon manatlıq vəsaitlər in bir qismi MTN -dəki Eldar mahmudovun çetesi tərəfindən basqılara məruz qalıb.

Xatırladaq ki, oktyabrın 17-dən, dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilən mili təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən atılması ilə yeni bir prosses başladı. Ölkə ərazisində sahibkarlara qarşı rüşvətxorluq, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə təzyiq edən, dələduzluğa yol verən vəzifəli şəxslər cəzalandırılır.

Və prosses MTN-dən başlayaraq, rabitə və bank sektoruna, vergi və gözlənilən gömrük sektoruna qədər genişlənir. Ölkə ərazisində dövlət başçısının təşəbbüsləri ilə sahibkarlara, iş adamlarına verilən dəstəkdən sui-istifadə edən, bu faktorlardan öz şəxsi maraqları üçün illərlə istifadə etmiş məmurlar cəzalandırılmağa başlayıb. Və cəza tədbirlərinin daha da kütləvi hal alacağı gözləniləndir.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar