Arifə Əhmədova ANAXƏBƏR.az saytında barəsində yazılan reaksiya verib. Arifə Əhmədovanın redaksiyamıza ünvanladığı məktubda deyilir: ”Mən Əhmədova (Əhmədli) Arifə Abbasəli qızı 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında doğulmuşam. Ailəmiz dəfələrlə ermənilərin köc siyasətinin qurbanı olub. İllərdi iş yerində qeyri-ixtisasçı iş yoldaşlarım olan kimyaçılar tərəfindən qərəzli hucumlara məruz qalmışam. Avqust ayinda anaxeber.info saytina göndərilən yazının nə dərəcədə kinli, nifrətli, qərəzli oldugunu görərək bəyanat vermək qərara aldım.
Birincisi, mənim diplomun dəfələrlə Daxili İşlər Nazirliyi və Ali Attestasiya Komissiyası tərəfindən yoxlanib.
İkincisi, mənim dissertasiya mövzüm Ümumimilli lider Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasındakı roluna həsr edilib.
Üçüncüsü, mən 1993-2000-ci illərdə dəfələrlə dahi şəxsiyyət Heydər Əliyevin də qatıldğı dövlət əhmiyyətli tədbirlərdə çıxış etmişəm.
Hormətli Prezidəntimiz Ilham Əliyevin də qatıldığı YAP Gəncə şəhər təşkilatının V konfransında çıxış etmişəm. Bunları ona görə yazıram ki, o yazida mənə və övladıma çamur atıblar.
Mənim ailəmdə bir vətən sevirik, bu, Azərbaycandı. Bir lideri sevirik, bu, Ümumilli liderimiz Heydər Əliyevin və onun siyasi davamçısı hörmətli Ilham Əliyevdir.
Bu işlərin başında GDU-nu ailəlikcə idarə edən Teymur Ismayılov və belə xidmətlərinə görə kitab dəftəri olmayan qeyri-ixtisasçı Rəşad Nuriyevdir. Bu o Rəşad Nuriyevdir ki, universitətdə ondan-bundan şikayət edib hədə-qorxu ilə istədiyi vəzifələrə gəlib. Hər zaman da rəhbərliyə yaxin olan adamlar tapır və qırsaqqiz olub özünü və övladını xahiş etdirir.
Bir daha bəyan edirəm məni və ovladımı nurçu deyə santaj edən qələt edir. Bizim ailədən heç kim Araz kurslarina belə getməyib”.