Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı artıq ölkədə kuratorluq rütbəsinə qədər yüksələ bilib...
Bu irəliləyişə nail olan Zakir Fərəcovun nəzarətindəki qüvvələr barəsində səhih informasiyalar daxil olub
Politika.Az-ın əldə etdiyi məlumata görə, Z.Fərəcov heç də təkcə Sumqayıtın icra başçısı postunun sahibi deyilmiş.
deputat qardaşı hədyanlar yağdırdı
Onun əhatə və təsir dairəsinin daha geniş olduğu haqda faktlar təsdiqləyir ki, icra başçısı vəzifəsindən daha yuxarı pilləyə addımlamağa müvəffəq olub. Məsələni çox uzatmadan mətləbə keçirik və araşdırmanı təqdim edirik:
Ölkənin üç bölgəsinə rəhbərlik edən icra hakimləri demə, Prezident Administrasiyasına yox, Z.Fərəcova tabedir.
deputat qardaşı hədyanlar yağdırdı
Fərəcovun Abşerondakı vəzifəsini əvəzləmiş müavini İradə Gülməmmədova və Laçına təzə təyin olunan Aqil Nəzərli Sumqayıt şefinin kurasiyasına daxildir.
deputat qardaşı hədyanlar yağdırdı
Diqqət çəkən məqam ondan ibarətdir ki, hər üç icra başçısı hazırki postlarına yeni təyin olunublar. Onların bu vəzifələrə yerləşdirilməsində Z.Fərəcovun müstəsna rolunun olduğu vurğulanır.
deputat qardaşı hədyanlar yağdırdı
Bu azmış kimi Laçının deputatı Mahir Abbaszadə də Zakir Fərəcovun himayəsində olan millət vəkilidir. Bu faktlar Laçın ictimaiyyətinə heç də gizli olmayan detallardır.
Laçın rayonundan olan Z.Fərəcovun gənclər şəhərinə rəhbərlik etməsi ilə yanaşı üç rayona da nəzarəti ondan xəbər verir ki, artıq Fərəcov imperiyası hüdudları aşmaqdadır. Üstəlik, son üç yeni təyinatda rolunun olması artıq hakimiyyət daxilində rəqiblərinin olacağını ehtiva edir.
deputat qardaşı hədyanlar yağdırdı
Politika.Az-a daxil olan informasiyada vurğulanır ki, Fərəcov öz çevrəsinin hesabına barəsində müxtəlif xəbərlər yayır.
Laçınlılara mesaj verilir ki, Fərəcovun təşəbbüsü olmadan işğaldakı bu rayonumuza kimsə rəhbər təyin edilə, vəzifəsindən kənarlaşdırıla bilməz.
A.Nəzərli, həm Laçının indiki deputatı M.Abbaszadə Fərəcovun həmkəndlisi və qohumlarıdır.
Konkretləşdirsək demək olar ki, M.Abbaszadə ilə S.Hətəmov dayı - bibi oğludurlar. Hətta Abbaszadə deputat olana qədər Hətəmovun biznesini idarə edirmiş. Bütün bu faktlar onların bir-birinə nə dərəcə bağlarının olduğunu əks etdirir.
O da iddia olunur ki, Laçının icra başçısı olan Aqil Nəzərlinin xanımının babası Vaqif Güləbirdli bir zamanlar cinayət məsuliyyətinə cəlb olunub.
Mətbuatda və sosial şəbəkələrdə yayılan xəbərlərdə “Güləbirdli Vaqif” ləqəbi ilə adı keçən Vaqifin ermənilərlə işbirliyində olduğu iddia edilib. Buna görə də cinayət məsuliyyətinə cəlb olunub.
Politika.Az xəbər verir ki, Zakir Fərəcov onu ağır cinayətdən yayındıraraq, özünün Xızıda olan şəxsi fermasına baş çoban təyin edib.
Mətbuatda və sosial şəbəkələrdə gedən digər məlumata görə Zakir Fərəcov Eldar Mahmudovla yaxın dost olublar. Hətta ona fraşka formasında villa hədiyyə edibmiş. Bütün bu yayılmış faktları xatırlatmağa zərurət var idi.
Belə ki, avqustun 16-da editor.az-da deputat Mahir Abbaszadə haqda jurnalistlər arasında keçirilmiş sorğu yayımlanıb. (http://editor.az/news/109650)
Bir çox saytlar kimi Politika.Az xəbər portalı da həmin yazını olduğu kimi istinadla yayıb.
Bu yayımdan bir neçə dəqiqə sonra Sumqayıtın icra başçısı Zakir Fərəcovun, Laçının icra başçısı Aqil Nəzərlinin, Salyanın icra başçısı Sevindik Hətəmovun ən yaxın qohumu, deputat Mahir Abbaszadənin isə doğmaca qardaşı, şair, avtoritet, kriminal aləmlə əlaqəsi olan Zahir Abbas öz Feysbuk səhifəsində hədyanlar, təhdidlər yağdırmağa başlayıb.
Z.Abbas Politika.Az xəbər portalının direktoru Xəyyam Salmanzadəni ən ağır təhqirlərə və təhdidlərə məruz qoyub.
deputat qardaşı hədyanlar yağdırdı
Deputat qardaşının ağlına deyil, ağzına gələni portal rəhbərinə yazması və istinadla təqdim olunmuş materiala görə məhkəmə predmeti yaradan təhqirləri dilinə gətirməsi onun hansı məsuliyyət sahibi olduğunu çılpaq şəkildə ortaya qoyur.
Hörmətli Politika.Az oxucularından üzrxahlıq edərək Z.Abbasın, bir millət vəkilinin qardaşının təhqirlərini təqdim etmək məcburiyyətindəyik. Qoy, oxucular özləri onun hansı səviyyənin sahibi olduğu ilə tanış olsunlar və yazdıqlarına qiymət versinlər:
- Rəvansız deyəsən, dalın gicikir haaaa...sil təmizlə))))))))) göndərirəm qaşıntını kəssinlər)))))
- Dedim ki gicikən yerini sil təmizlə göndərirəm gəlsinlər))))
- Olan-qalan hörmətini də itirəcəksən, bax onda gec olanda kimsəni qınama
- Nə bacarırsan bas-bağla. Onsuz da xalqın gözü tərəzidi. O boyda Sumqayıtda görülən işlərə sənin gözün kordu. Salyanda da həmçinin. İndi də keçmisən özün kimi rəvansızların kruquna, ağzına gələni yazırsan. Əcəb edirsə, yaz. Hamı əməlinə görə cavab verəcək. Sənin gördüyün və yaxdığın ləkə heç də qohumların və havadarların olan ermənilərdən fərqlənmirə
- Sənin dalında duranlar var eee... sabiqlər, onları da başa salacaqsan ki kişi kişyiə ləkə yaxmaz.
- Həkim senə dərman yazacaq))))))))))
- Dedim axı təmizlə, göndərirəm gəlsinlər
- Ay bədbəxt rəvansız Rəvan. Arxandakı o bayraqlara səni bükəcəm
- Keyf ele, görüşerik. Mobilini yaz, xeber edim görüşek
- revansiz meymunluq eleme. Onsuz da men seni tapacam. ay revansiz mexluq..sen mene lazimsan eee men sene yox. men seni gece yatdigin yerde tapanda utanma
- ay men deyen, özüme lazimsan, götün catir yaz, qiz zad deyilsen ki başiva pislik acim ya nömreni ona buna verim. ay xeste niye tehdid edim ki? sen sehv elemisen onuncun de o sehvi yeridecem dalina. işinde ollllll...sen o hedde getirdin ki seni yaxin günlerde meselene baxacam ve sen cox razi qalacaqsan.
Hörmətli oxucular, bütün bu təhdid və təhqirlərin müəllifi deputatın qardaşıdır. Z.Abbas və havadarları özlərinə nə dərəcədə arxayındır ki jurnalistin istinadla yayımladığı xəbərə görə təhdid edirlər?!
deputat qardaşı hədyanlar yağdırdı
Əgər özlərini və yaxınlarını idarə edə bilmirlərsə, bu 4 regionu necə idarə edirlər? Və həmin təhdid dolu mesajlarda deputat qardaşı qırmızı xətti keçərək “arxandakı o bayraqlara səni bükəcəyəm” deməkdən çəkinmir.
Deputatın qardaşı o qədər həddini aşıb ki, Xəyyam Salmanzadənin şəhid qardaşının qanı bahasına əldə olunan, Heydər və İlham Əliyevlərin qarşısında diz çöküb öpdüyü bayrağı alçaldır.
Bele bir qardaşı olan deputat ve qohumları - Sevindik Hətəmov, Zakir Fərəcov, Aqil Nəzərli, Mahir Abbaszadə ittifaqi hansı haqla vətənpərvərlikden danışa bilər?
Prezidentin mətbuata qayğısı, jurnalistlərin dostu seçildiyi fonda bu məmurlar media mənsubuna qarşı hücuma keçirlər. O qədər özlərinə güvənirlər ki jurnalisti yatdığı yerdə götürə bilirlər?
deputat qardaşı hədyanlar yağdırdı
Politika.Az xəbər verir ki, deputat qardaşı tərəfindən Xəyyam Salmanzadəyə yönəlik təhdid və hədyanlar jurnalist Rasim Əliyevin qətlini xatırladır.
deputat qardaşı hədyanlar yağdırdı
Məhz o zaman da futbolçu Cavid Hüseynovun yaxınları jurnalistdi Feysbukda təhdid etmişdi və sonra görüşə çağıraraq döyüb qanına qəltan eləmişdilər. Eynilə Zahir Abbas da Xəyyam Salmanzadəni sosial şəbəkədə hədələyir, ardınca görüşə dəvət edir. Sadəcə, baş redaktor nömrəsini verməyib və görüşdən imtina edib.
Politika.Az Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müracitə edərək xəbər portalının direktoru X.Salmanzadənin təhlükəsizliyi ilə bağlı təcili tədbir görülməsini xahiş edir.