24saat.og-un baş redaktoru Vüqar Qurdqanlı xüsusi ittiham qaydasında məhkəməyə verilib. Bu barədə baş yazar özü məlumat yayıb. Onun sözlərinə görə, Azer.press saytında gedən yazı ilə bağlı məhkəməyə verilib.
V.Qurdqanlı sözügedən saytla onu bağlayan səbəbi açıqlayıb: “Mən iki il qabaq həmin saytı yığımışam və satmışam. Saytın fəaliyyətindən xəbərim olmayıb və mənə aidiyyatı da yoxdur.
Ancaq Sabirabad rayon 1 saylı məktəbin direktoru olan Könül adlı xanım xüsusi ittiham qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Həmin saytla heç bir əlaqəm yoxdur, orada çap olunan yazılara görə məsuliyyət daşımıram. Avqustun 30-u, saat 15-00-da Binəqədi rayon Məhkəməsində hazırlıq iclası olacaq”.