Xəbər verdiyimiz kimi, bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib. Şirkətin rəhbəri Elxan Bəşirov Prezidentlə üz-üzə dayanıb ağ yalan danışıb. Hətta üstəlik işçilərini də bu yalanı təsdiqləməyə vadar edib. O, dövlət başçısına şirkətdə işçilərin orta aylıq əməkhaqqının 600 manat olduğunu söyləyib. Prezident zavodda istehsal ediləcək məhsullara baxıb və onu işə salıb. Bundan sonra isə Prezident zavodun işçiləri ilə söhbət edib. İşçilərdən əmək haqlarından və iş rejiminində razı olub -olmadıqlarını soruşub. İşçilər isə razı olduqlarını ifadə ediblər. Halbuki aldığımız məlumata görə, “Mətanət A” şirkətində orta aylıq əmək haqqı 170-200 manatdır. Ola bilsin şirkət rəhbəri özünə və qardaşlarına bu qədər maaş yazdırır, amma şirkətdə nəinki 600, heç 400 manat maaş alan işçi yoxdur. Bununla bağlı “Mətanət A” şirkətinin Gülənçi rəhbəri prezidenti necə aldadıb?” başlıqlı yazımızda bəhs etmişdik.
hafiz hacıyevE.Bəşirovun Prezidentə yalanını şərh edən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Cümhuriyyət. az -a söyləyib ki, Azərbaycanda yalan danışmayan məmur yoxdur : “Ölkəmizdə məmurların hamısı yalan danışır. Onların nəfəsləri də yalandan gedib-gəlir. E. Bəşirov və başqaları o qədər harınlayıblar ki, ölkə başçısını belə saymırlar. Baxın, sizə qaçqınlarla bağlı şahidi olduğum bir məsələni danışım. Deməli, qaçqın şəhərciklərində evlərə mebellər qoyurlar. Prezident həmin mənzillərə baxıb gələndən dərhal sonra həmin mebelləri daşıyıb çıxarırlar ki, bunlar sahibinə qaytarılmalıdır. Görün, vəziyyət hansı həddə çatıb. Görünür, E. Bəşirovu kimsə müdafiə edir. Kimsə arxasında durub, ona “qorxma” deyir. Prezident yazıq neynəsin? Gedib baxır ki, hər şey normaldı. Elə ki, dövlət başçısı ordan çıxır, məmurlar at oynatmağa başlayır. Adını çəkdiyiniz zavodun işçilər də vicdansızdır. Prezidentə niyə düzünü danışmayıblar? İndi canları çıxsın gedib, 170 -200 manata işləsinlər. Haq- hesablarını E. Bəşirovla həll etsinlər. Ondan hesab sorsunlar ki, niyə Prezidentə yalan danışır. Ölkədə nə qədər məmur var, hamısı Prezidentə yalan danışır. Mən bunun canlı şahidi olmuşam. E. Bəşirov çox vicdansız iş görüb. O adam həbs olunmalıdır. Prezidenti nə qədər aldatmaq olar ki? Hara gedirsən deyirlər ki, ölkə başçısı yaxşıdır, amma ətrafı ölkəni talayır. Məmurlar İlham Əliyevdən nə istəyir? Niyə imkan vermirlər ki, onun xalq arasında nüfuzu həmişə yüksək olsun? Prezident gedib harada açılış edir, qayıdıb gələn kimi həmin müəssədən yüzlələrlə şikayət gəlir. Bu sahəyə nazərət edən qurumlar da Prezidentə yalan məlumatlar verir”.
Təşkilat sədri onu da diqqətə çatdırıb ki, İ.Əliyevin köməkçiləri belə ona yalnış məlumat verir: ” Prezidentin özü etiraf edir ki, köməkçilərim mənə düzgün məlumat vermir. Vermirsə, deməli onların hamısını qovmaq lazımdır. Orada niyə oturublar? Vicdanlarını pula satıblar. Pul üçün öz rəhbərlərinə yalan danışırlar. İllərdir ki, qardaşım İlham Əliyev yolunda harın məmurlarla mübarizə aparıram. Laızm olan hər şeyi açıq şəkildə deyirəm. Bilirəm ki, bu açıqlamanı versəm mənə xələl gələcək. Məni öldürə bilərlər, amam yenə də deyirəm. E. Bəşirouvun vicdansızlığının qarşının alınmasının bircə yolu var. Fəhlələr gedib onun başını gözünü vurub yarsınlar ki, sən niyə Prezidenti aldadırsan”.
Mənsur