Səhiyyə sistemi qəssabxana qaydaları ilə idarə olunanda...

2-09-2016, 09:25   
Səhiyyə sistemi qəssabxana qaydaları ilə idarə olunanda...

Səhiyyə sistemi qəssabxana qaydaları ilə idarə olunanda... - ETİRAZ 23 avqust 2016-ci il tarixdə saat 10:00–da Şuşa rayonundan məcburi köçkün olan Şəkər xanım Bağırova, İmişli həkimlərinin səhlənkarlığı və pul hərisliyi ucbatından dünyasını dəyişdi. “Nuray” şadlıq sarayının sahibinə ona görə təşəkür edirik ki, o, 1992-ci ilin mayın 8-dən Şəkər anaya, onun oğul övladları Arzu və Araz Bağırovaya himayədarlıq edərək, şadlıq sarayaının ikinci mərtəbəsində onlara yaşamaq üçün iki otaq verib. Onu da vurğulayaq ki, Şuçanın dilbər güşəsinin gözəl, imanlı sakini olan Şəkər ananın hələ ölən çağı deyildi. Dəfndə cəmi 6 nəfər iştirak edib ki, 2-si “Nuray” şadlıq sarayının çayçıları və molla Seyyid Sədyar ağanın, yəni atamın mərhum dostu olmuş Hacı Sədyarın imanlı nəvəsi olub. Eşidən kimi sarayın 200 addımlığındakı Dəmir Yolu Xəstəxanasının baş həkimi Rafiqin qəbuluna yüyürdüm. Onun qapısını həmişə süpürgəçi bir qadın “telexronitel” kimi qoruyur. Mən qəbul otağına daxil olan zaman sanitar arvad arxamca içəri girdi və “çıx çölə, tez çıx, sənin kimi jurnalistlərin 2-ni Masallıda qandallayıb ifşa etdilər”. Hörmətlə yanaşdığım Rafiq həkimin alverçi sifətindən sanki dəhşətə gəldim. “Telexronitel” heç olmasa kişi olsaydı nə var idi. İndi bu qadını başa sal ki, Masallıda həbs olunan “gədələrdən” bəzi həkimlər daha artıq dələduzdurlar. Bu arvadın dedikləri sənə aid olsun dedim, qapını örtüb elə ki, aralandım, dərhal katibə arxamca “başdanxarab”-dedi. Bir dəfə imam şagirdi Bəhlul danəndə dərədə bir meyitin qurd-quş tərəfindən dağıldılmasını görür və haray cəkir ki, “ay camaat şah Harun Ər-Rəşid ölüb” dedikdə, hamı ora yığılır və meyiti dəfn edirlər. Şah Bəhlulu yanına çağırtdırıb “ay dəli görürsən ki, mən sağam, bu nə şaiyədi yayıb haray çəkmisən” dedikdə, Bəhlul bildirir ki, “əgər sənin təəbən ölüb dərədə qalıbsa, sənin ölkədən xəbərin yoxdur, deməli sən də ölmüsən” deyir. İndi katibəciyəz qoy bilsin ki, “aşdanxarab sənin dədən və güvəndiklərindir. Milləti, xalqı qoyun yerinə qoyub dərisini soyan həkimciyəzlərindir ki, sənin kimiləri gətirib millətə dərs keçdirir. Qohumum Standartlaşma və Patent üzrə Dövlət Komitəsinin sədri olan S.Səmədova zəng etdim və baş verənləri ona danışdım. O, “Şuşalıların dərdi sənəmi qalıb”-dedi. Xatırlatdım ki, mərhum Şəkər ananın oğlu, dostumuz olan Arzu Bağırovun və onun qardaşı Arazın bir yaşlı qızı da, bacısı da xəstədirlər. Hansı həkimə güvənsinlər ki, Şəkər ananı həkimlərin harınlığı və hərisliyi öldürdü. Müraciəti icra başçısı Vilyam Hacıyevə ünvanlayıram ki, “əgər Sizin ürəyinizdə Allah sevgisi varsa, o halda bu ailənin xəstəliyə düçar olanlarının muüalicəsini, bu həkimlərə məcburən etdirin. Siz çox insanlara, xüsusilə də köçkünlərə, taleləri sınmışlara, ermənidən qaçıb bizlərə pənah gətirənlərə çox köməkliklər etmisizniz. Bu haqda mən xəbərdaram. Bu Bağırovlara da, Şuşa kimi səfalı bir yerin xoşbəxt sakinləri olmuş və bu gün bu ölkədə, İmişlidə ağır durumda yaşayanlara, dərdlərini deməkdən xəcalət çəkənlərə yardım əlinizi, himayənizi əsirgəməyin. Siz bunlara qadirsiniz! İnanıram ki, xəstə Arzu Bağırovu, anasının dəfnində güc-bəla ilə iştirak etmiş səmimi insandan, Siz kömək əlinizi əsirgəməyəcəksiniz. Şəkər ana ölümü ilə yalançı dost münasibəti bildirənləri, mənə tanıtdı. Şeyx Allahşükür Paşazadəyə sözüm budur ki, “Bozbaş mollalar harada bir imkanlının əzizi dünyasını dəyişirsə, o zaman onlar yekə qarınlarını irəli verib həmin yerdə peyda olurlar. Filan dua 600 manatdlr, ölünü dəfn etmək 200 manatdır və s. deyirlər. İslamı gözdən salmaqla ağız-ağıza verib pulla mərsiyə deyirlər, bir neçələri də narkotik aludəçisidirlər. Güman ki, məni də şantaj edəcəklərini və bütün oyunları açıb faş edəcəyimi, 6 nəfərin dəfn etdiyi Şəkər ananın ruhu qarşısında söz verirəm və əmin edirəm. Şəkər ana qərib idi deyə onu dəfninə gəlmədilər, çunki, oğlanlarının özlərinin yeməyə çörəkləri yox idi. Yaxşı ki, Prezident köçkünlərə çörək pulu, işıq, qaz, suyu verdirir. Qadınlar kimi qeybət etməyə vərdiş etmişlər, MTN-çilər kimi faş olmuşlar, şaiyədən çörək pulu qazananlar!. 1944-cü il öz qırıcı təyyarəsi “Laytinf” ilə dənizdə batmış filosof, tanınmış Fransız yazıçısı və təyyarəçisi Ekzüperi “dünyanı ləyaqət və mərhəmət xilas edəcək” deyir. İndi kimlərsə Rəhim Rəhimovu şantaj etməyə keçiblər. Gah deyirlər ki, “Rəhim DSMF-nin baş mühasibi Ələddini döyüb”. Ələddin isə əclafları axtarır. Gah da deyirlər ki, “DSMF-nin sabiq rəisi Kərimi döyüb”. Kərim də şaiyə, şantajçıların yeddi arxadan dönəninə “tərif” çatdırır. Bəndəniz isə belə cavab verir ki, “Rəhim ömründə qarışqa tapdamayıb, arxasızlara daim dayaq olub, əl tutub! Rəhim müəllimin bacısı dünyasını dəyişib, dostum, ziyalı, tanınmış hüquqşünas Qurani Hafiz Seyyid Məcid övladı, İlham Mirzəyev dünyasını dəyişib. Məhbub, Davud, Mirzalı Zülfüqarlılar və Zəfər Zahidov, Şəkər ananın, ziyalı İlham Mirzəyevin və nüfuzlu ziyalı Rəhim müəllimin bacısının vəfatlarından kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verib, hər üç mərhum əsl cənnətliklərdir. Allah rəhmət eləsin! Səhiyyə naziri O.Şirəliyev deyirmiş ki, “kim deyirsə ki, Azərbaycanda səhiyyə zəifdir, həmin şəxs qələt edir. İndi Almaniyada müalicədəyəm, qayıdan kimi hər kəsin cavabını verəcəyəm”...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar