Azərbaycan silahlı qüvvələrində “FETÖ”çu var?

3-09-2016, 09:00   
Azərbaycan silahlı qüvvələrində “FETÖ”çu var?
Elxan Şahinoğlu: «Terrorçu təşkilat orduya da sirayət edib»

Türkiyənin müdafiə naziri Fikri Işık Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə “report” diplomatik mənbələrə istinadən məlumat yayıb. Türkiyəli nazirin Bakıya “ADEX-2016″ müdafiə məhsulları sərgisində iştirak etmək üçün gələcəyi gözlənilir.

Azərbacan silahlı qüvvələrində FETÖ-çuların olması barədə bir müddət mətbuatda açıqlamalar gedib. Mətbuata müsahibəsində Eldar Namazov da silahlı qüvvələrimizdə “gülənçi”lərin olduğunu demişdi. Görəsən, türk müdafiə nazirinin səfəri bununla bağlı ola bilərmi?

Politoloq Elxan Şahinoğlu səfərdə FETÖ terrorçu qruplaşmasıyla mübarizə məsələsinin müzakirə olunacağını istisna etmir. O, 15 iyul hərbi çevriliş cəhdinin də terrorçu təşkilatın Türkiyə ordusuna böyük miqyasda nüfuz etdiyinin göstəricisi sayır: “Həmin çevriliş cəhdində 300 generalın yarısı iştirak etmişdi. Bu özü böyük məsələdir. Həmçinin, Türkiyədə bunu da istisna etmirdilər ki, terrorçu təşkilat xarici ölkələrdə müxtəlif dövlət strukturlarına da nüfuz edib. FETÖ-nun ən çox təşkilatlandığı ölkələrdən biri də Azərbaycandır. Hələ sovet illərindən bəri bu terrorçu təşkilat ölkəmizdə kök salıb. Onların özlərinin burda nəşriyyatları, qəzetləri olub. Hətta parlamentdə nümayəndələri də yerləşdirilib. SOCAR-ın da Türkiyədəki nümayəndəliyində onların adamı olub. Terrorçu təşkilat orduya da sirayət edib. FETÖ-nun uzun illərdən başlayan fəaliyyəti 2000-ci illərdə daha da möhkəmlənməyə başlayıb. Yada salım ki, bir qrup azərbaycanlı gənc Türkiyənin hərbi akademiyalarında oxuyub. Azərbaycana gələn türk zabitlərinin də arasında FETÖ-çu olması istisna deyil. Sözügedən səfərdə bu məsələlər də müzakirə oluna bilər.

Bir faktı da yada salım. Türkiyə səfirliyinin hərbi attaşesi vaxtilə Azərbaycanda çalışıb. Burda çalışdığı bir neçə ildə onun öz rəhbərlərinin sözünü yerinə yetirməsi də mümkün olan məsələdir. Azərbaycan daxili işlər nazirinin Türkiyəyə səfərində yeganə müzakirə mövzusu da terrorçu təşkilatla mübarizə idi. Bu müzakirənin Bakıda davam etdirilməsi mümkündür”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar