Rüfət Səfərovdan “Yeni Müsavat” qadağası

12-09-2016, 08:43   

Rufet seferProkrorluq orqanlarından istefa verdiyinə görə, sonradan rüşvət ittihamı ilə şərlənərək həbs olunmuş keçmiş müstəntiq Rüfət Səfərov bu gün vəkili Bəhruz Bayramovla telefon əlaqəsi yaradıb. Rüfət Səfərov ona dəstək olan hər kəsə minnətdarlığını bildirib. Bununla yanaşı onun barəsində yanlış fikirlər yazan bəzi mətbuat orqanlarına, xüsusən də, “Yeni Müsavat” qəzetinə hər hansı açıqlama və müsahibə verməyi də öz vəkilinə qadağan edib. Keçmiş müstəntiq bu fikrini hakimiyyətdə hansısa klanların sifarişi ilə “Yeni Müsavat” qəzetinin onun barəsində qərəzli informasiyalar yayması ilə əlaqələndirib.

Vəkil Bəhruz Bayramov belə mətbuat orqanlarından onu narahat etməmələrini xahiş edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar