Şəki “MERO”sunda “prava” bazarlığı

17-09-2016, 09:52   
Şəki “MERO”sunda “prava” bazarlığı
Qanunları heçə sayıb öz “biznesini” quran Natiq Yaqubova qarşı nə vaxt tədbir görüləcək?
rrƏksər saytların toxunduğu bu mövzuya Bolgexeber.com da etinasız yanaşa bilmədi. Əməkdaşlarımızın Şəki şəhər 8 saylı Rayonlar arası Qeydiyyat-İmtahan Şöbəsində apardığı müşahidəyə əsasən deyə bilərik ki, binada nəfəs almaq belə pul qarşılığında həyata keçirilir. Həmkarlarımız içəri girən andan kiçik insan qruplarının müxtəlif əməliyyatların “qiyməti” haqqında müzakirə etdiklərinin şahidi olublar. Məlum olub ki, sakinlər Natiq Yaqubovun səlahiyyətlərini üstlənən Vüqar müəllimdən danışırlar. Hətta sakinlərdən biri, sürücülük vəsiqəsinə 760 manat verdiyi üçün sevindiyini bildirib. Onların dediyinə görə, bu müəssisədən sürücülük vəsiqəsi almaq istəyirsənsə, imtahan verməyə ehtiyac yoxdu, 1000 manat verirsən, işin hazırdı.
Qanunları heçə sayıb öz “biznesini” quran Natiq Yaqubova qarşı nə vaxt tədbir görüləcək? Cənab Prezident Dövlət məmurları ilə keçirdiyi toplantılarda Korrupsiya faktı barəsində ciddi tənbehlərini bildirib. Belə özbaşınalıqların vaxtında qarşısının alınmaması, gələcəkdə daha böyük problemlərin yaranmasına şərait yaradır.
Sakinlərin şikayətlərindən çıxan nəticəyə görə, imtahana hazırlaşıb gələn vətəndaşlara imtahan prosesində süni maneələr yaradılır. Belə olan halda, onlar da pul verib sürücülük vəsiqəsi almağa məcbur olurlar. Qısacası, bəzi insanların şəxsi marağı uğrunda sadə vətəndaşlar alətə çevrilir. Məsələnin başqa tərəfinə “Gündəminfo.az” saytı belə aydınlıq gətirib: “Şəki sakinlərindən birinin dediyinə görə, o, sürücülük vəsiqəsi almaq məqsədilə DYP-nin bu şəhərdə yerləşən 8 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinə müraciət edib. Burada isə, ondan vəsiqəyə görə 1000 manat pul istəyiblər.
Bundan sonra vətəndaş Şəki şəhər İcra Hakimiyyətinə, həm də birbaşa Zərinə Cavadovanın qəbuluna gələrək, məsələni ona bildirib və səlahiyyətli dövlət orqanı kimi, icra hakimiyyəti tərəfindən hər hansı tədbir görülməsini tələb edib. Amma Zərinə Cavadovanın cavabı şikayətçini mat qoyub. “Məgər sən bilmirsən ki, Natiq (8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Natiq Yaqubov – red.) “pravanı” 1000 manata satır? Buna görə şikayətə niyə gəlmisən ki?..”
Əlimizdə olan digər məlumatlara görə, Natiq Yaqubov bu “biznesdən” qazandığı pullarla Novxanı qəsəbəsi ərazisində ümumi dəyəri 280.000 AZN-ə yaxın olan bağ evi tikdirmişdir. Yuxarıda qeyd olunan toplantılar, görünür, Natiq müəllimə təsir etməyib, yoxsa qanun çərçivəsində fəaliyyət göstərməli olan Dövlət müəssisəsində açıq-aşkar “iş” qura bilməzdi.
Mətbuat orqanları artıq neçənci dəfədir ki bu məsələni işıqlandırır, ancaq Natiq Yaqubov bu yazılanlardan nəticə çıxarana oxşamır. Yəqin Ramiz Zeynalovun da mətbuatda olub-bitənlərdən xəbəri yoxdur.
Mövzu hələ də diqqətdədir. Yazılanlardan əlavə faktlar sübutları ilə birlikdə var. Ehtiyac olduqda, onları da ortaya çıxarmağa hazırıq.(bolgexeber.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.