Masallıda pensiya alanların “Kapitalbank” bankomatlarından pul çəkə bilməməsi sakinlərin narazılığına səbəb olub.Bu səbəbdən rayonun mərkəzində Kapitalbankın qarşısında yolu bağlayıblar. Əsas narazılığ ümumi Masallı rayonu üçün cəmi Kapitalbankın 3 (hazırda ikisi fəaliyyət göstərir) bankomatının olmasıdır. Nəticədə günlərlə aparatın qarşısında növbədə dayanmalı olurlar. Digər tərəfdən də bankomatlarda lazımı məbləğdə pul olmaması əhalinin narazılığına səbəb olub. Sakinlər bildirir ki, xəstəsi olan var, dərman almalıdırlar, pul isə yoxdur. Əraziyə polis əməkdaşları cəlb edilib. Bir neçə nəfər saxlanılsada sonradan sərbəst buraxıldıqları deyilir.
Polislər Cenubnews.om-un əməkdaşı Jurnalist Mirələm Həşimovun çəkiliş etməsinə mane olmağa çalışıblar.