İcra başçısı baş redaktoru həbslə hədələyir

26-09-2016, 15:01   


“Nia.az” xəbər portalının baş redaktoru Bəhruz Əliyev Neftçalanın icra başçısı İsmayıl Vəliyev tərəfindən təzyiqə məruz qaldığını və həbslə hədələndiyini bəyan edib.

Bu barədə Qaynarinfo.az-a məlumat verən baş redaktorun sözlərinə görə, bir neçə gün əvvəl “Nia.az” xəbər portalında "Boss"-ların yağlı tikə uğrunda amansız savaşı - NEFTÇALADA" başlıqlı tənqidi yazı dərc olunub. Məqalədə Neftçala rayonunun İcra başçısı İsmayıl Vəliyevin və onun adamlarının özbaşınalıqları tənqid olunub. Özünü hüquq mühafizə orqanlarının işcisi kimi təqdim edən şəxs saytın rəhbərini hədələyərək, həmin yazının internet resurslarından tezliklə qaldırılmayacağı təqdirdə onun həbs olunacağını bildirib. Hüquq mühafizə orqanlarının işçisi Bəhruz Əliyevə bildirib ki, İsmayıl Vəliyev yuxarılarla danışıb və onun həbs olunmağı an məsələsidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.