Cənab nazir, Kürdəmirdə korrupsiya faktı

30-09-2016, 10:40   
Cənab nazir, Kürdəmirdə korrupsiya faktı
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Səlim Müslümova Kürdəmir rayon sakinlərindən

Şikayət

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Surəti: Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə
Surəti: Heydər Əliyev Fondunun Prezidenti , Azərbaycanin birinci xanımı Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova
Surəti:anaxeber.info sayıtına


Biz Kürdəmir rayon sakinləri Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq kollektiv şəkldə müracit edirik. Şikayətimiz Dövlət Sosial Müdafi Fondunun Kürdəmir rayon şöbəsində baş alıb gedən korrupsiya ilə bağlıdır. DSMF-nin Kürdəmir rayon şöbəsinin hər bir əməkdaşı necə deyərlər vətəndaşları talamaqla məşğuldur. Xüsusən də bu hal nazirə yaxın qohum olduğu bildirilən Əlyunis Mütəllimovun müdir təyin olunmasından sonra daha da geniş vüsət alıb. Fondun sosial müavinətlər üzrə işçisi Ramin Mürsəlov sosial müavinətlərin təyinatına görə vətəndaşlardan məcburi qaydada rüşvət alır.( adın da qoyub "şirinlik) Həmiçinin də öz vəzifəsinin öhdəsindən gələ bilmir və nazirliyə verdiyi rüşvət qarşılığında həmin postu tutub. Hər cür müavinətlərin təyinatına görə vətəndaşlardan pul dilənməklə məşğuldur. Bütün sakinləri süründürür, incidir. Bu şəxsə də qayıdıb nəsə deyəndə də deyir ki, "məni bura nazirlik təyin edib, get hara deyirsen de". Aidiyyatı vəzifəli şəxslərə üzümüzü tutub deyirik: Bu dığalara kimdir axı vətəndaşları belə incidir? Ölkə başçısı cənab İlham Əliyev vurğuluyub ki, "məmur xalqın xidmətçisidir". Amma əməldən görünür ki, cənab Prezidentin bu sözü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbədə iş ləyən "məmurciyəzləri" üçün keçərsizdir. Ramin Mürsəlov barəsində təcili ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini biz Kürdəmir sakinləri sizlərdən tələb edirik.
Fondun digər işçilərindən Hamil Hidayətov və Şahin İsmiyev öz başınalıqlarını davam etdirirlər. Ünvanlı sosial yardım üzrə məsul şəxs olan Hidayətov Hamil sosial yardım almaq istəyən vətəndaşların sənədini elektron sistemə (VEMTAS-a) daxil etməyin müqabilində vətəndaşlardan 500-1000 (beş yüz - min) manat rüşvət tələb edir.
İsmiyev Şahin dövlət sosial sığorta şəhadətnamələrini vətəndaşlara pulla satır. Və həmçinin vətəndaşlarla münasibətdə etikanı pozur. Pensiya təyinatında qanunsuzluq , korrupsiya hökm sürür. Yaşa görə və əlilliyə görə müvafiq staja sahib olmayan şəxslərdən 2000 - 3000 manat məbləğində rüşvət alıb pensiya təyinatı aparırlar. Fondun əməkdaşları çoxlu sayda vətəndaşların plastik kartlarına sahibdirlər.
Həmçinin fondun işçiləri bahalı avtomobillərə və bir neçə yerdə əmlaka sahibdirlər. Aidiyyatı orqanlara sual veririk : Dövlət qulluqçusu aldığı təxminən 250-300 manat əmək haqqı müqabilində bu qədər əmlaka necə sahib olublar? Təcili olaraq fondun adı çəkilən işçiləri və digər işçiləri barədə amansız , ciddi tədbirlərin görülməsini tələb edirik .
DSMF-nin Kürdəmir rayon şöbəsində anarxiya, korrupsiya tüğyan eləyir. Və bu da günü - gündən inkişaf edən ölkəm izin sosial siyasətinə qara ləkə salır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.