Hökumətin xəstələndirdiyi səhiyyə

30-09-2016, 17:54   

İslahat”lar yalnız tənəzzül töhfəsi verir

Hökumət gecə-gündüz “islahat nağılı” danışsa da, reallıq bunun əksini göstərir. Statistik məlumatlar, beynəlxalq hesabatlar, həyatımızda gündəlik müşahidə etdiklərimiz aydın şəkildə göstərir ki, ölkə məsuliyyətsiz bir komandanın əsirinə çevrilib. Birinci devalvasiyadan bugünə qədər müxtəlif vədlər verilsə də, ölkə üzüaşağı gedib. Bank sistemi sıradan çıxıb, ixrac-idxal əməliyyatları “tormoz”layıb, Universitetlərimiz dünya reytinqlərində sonuncu yerdə qərarlaşıb, işsizlik və yoxsuluq səviyyəsi artıb, xarici borc öhdəliyi çoxalıb, vergi ödəyicilərinin sayı azalıb, iş adamları ölkəni tərk edib və.s
Beynəlxalq qiymətləndirmə agentlikləri Azərbaycanın iqtisadi durumunu mənfi qiymətləndirir.
Bir neçə gün öncə isə məlum oldu ki, Azərbaycan səhiyyə sisteminin durumuna görə dünyanın ən axırıncı ölkələri sırasındadır. Belə ki, «Bloomberg» agentliyi səhiyyə sisteminin effektliliyini əks etdirən yeni reytinq cədvəlini dərc edib. Cədvəldə əhalisi 5 milyondan artıq olan ölkələrin – 55 ölkənin adı çəkilir, Azərbaycan 53-cüdür. «Bloomberg» səhiyyə sisteminin effektliliyi indeksini müəyyən edərkən ölkə əhalisinin orta ömrünün uzunluğu, səhiyyəyə xərclənən vəsaitin miqdarını (başqa xərclərə nisbətən və bütövlükdə) da nəzərə alıb. Səhiyyəyə çəkilən xərc dedikdə, agentlik xəstəliklərin önlənməsi və müalicə tədbirləri, ailə planlanması, qida və təcili yardımla bağlı xidmətlərə ayrılan vəsaitləri nəzərdə tutduğunu bildirir.
«Bloomberg» agentliyi reytinq cədvəlini Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Honkonq Səhiyyə Departamenti və Tayvanın Sağlamlıq və Rifah Nazirliyinin məlumatlarına əsasən hazırlayıb.
“Bloomberg” agentliyi dünyanın ən nüfuzlu qurumudur və bütün dünya onun hesabatları ilə hesablaşır. Yəni, Azərbaycan hökumətinin “erməniprəsət” ittihamı bu dəfə keçərli deyil. Göründüyü kimi bunların islahatları yalnız ölkəni getiyə aparmaqdan ibarətdir. Bugünlrədə YAP-ın simalarında biri Əli Əhmədov da aparılan sürətli islahatlardan danışırdı. Amma bu adamın kurasiya etdiyi səhiyyə sahəsi dünya reytinqlərnidə yerlə sürünür.
Bir ölkənin var olması üçün təhsil və səhiyyə əsas amildir. Azərbyacanda isə hər iki sahə şiksət vəziyyətdədir və vəziyyəti dəyişmək üçün heç bir addım atılmır. Korrupsiya, hüquqsuzluq, yarıtmaz siyasət hər iki sahəni sıradan çıxarıb.
Əgər bir ölkədə əhalinin sağlamlığına təminat yoxdursa, əhalinin 90 faizi müəalicə və müayinə üçün ölkə xaricinə üz tutursa, həmin ölkədə heç bir islahatdan danışmaq olmaz. Xəstəliklə üz-üzə buraxılmış cəmiyyətdə, sağlam gələcək ola bilməz.
Yaxşı olar ki, Monarxiya aşiqləri islahatlardan dəm vuranda, beynəlxalq reytinq cədvəllərinə nəzər yetirsinlər və bunun izahatını versinlər.
Diaqnostika Mərkəzləri tikməklə, poliklinkalar inşa etməklə reallığı gizlətmək mümkün deyil. O bahalı binaların içində səhiyyə yoxdur. Çünki, hakimiyyətdə olan komanda üçün hansısa sahənin inkişafı yox, büdcəni talamaq əsasdır.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar