Ədliyyə Nazirliyinin Əbülfəz Elçibəyi məhkəməyə verdiyi tarixi andan 20 ildən çox bir vaxt keçsə də yenidən gündəmə gətirilərək geniş ictimai müzakirəyə səbəb oldu.Məhkəmədən lentə alınan iki foto şəklin səs-küyü səngimək bilmədi.Hədəfə çevrilənlərdən biri də bəndəniz oldu.Guya ki,. həmin məhkəmədə Heydər Əliyevin ictimai nümayəndəsi kimi iştirakım həqiqət deyildir.Yalançılar məni yalanda ittiham etməyə başladılar.Əslində vəziyyəti mən yaratmadım.İndiyəcən bu foto-faktları öz arxivlərində qoruyub saxlayan peşəsinə sadiq jurnalistlər üzə çıxardı.Həmin şəkillərdən birində Elçibəyin arxasındakı cərgədə dayandığım,ikinci şəkildə isə onunla söhbət etdiyim an aydınca görünür.Diqqətlə baxan həqiqəti ayırd edə və kimin yalan danışdığını müəyyənləşdirə bilər.”Bütün məclislərin və tədbirlərin iştirakçısı və təşkilatçısı” olan birisi o foto-faktlarda məni görə bilmədiyini,ümumiyyətlə isə mənim ictimai nümayəndə qismində iştirak etmədiyimi inadla bildirir.
Gəlin burasını boş buraxıb başqa bir “sədaqət simvolunun”iddiasına nəzər salaq.Həmin məhkəmədə “vəkil” kimi rolundan danışmaq üçün növbə tutan anatomiya professoru Vaqif Şadlinskinin ittihamları acı təəssüf doğurur.Adam bildiyi işdən yapışar. Anatomiya professoru da mənim məhkəmədə olmadığımı uca səslə bildirir.Onu bu yola təhrik edənin kimlikləri qalsın bir yana,bəs göəsən hansı ağıl və düşüuncə ilə Əbülfəz Elçibəyin məhkəməyə çəkilməsinin səbəbini açıqlaraq cəmiyyətin yaddaşında bir daha o ağır ittihamı təzələdi,insanlara onu yenidən oxutdu.Heç bu barədə fikirləşdimi? Çətin.Anatomiya professorunun bunu qəsdənmi,ya da sadəlöhlükdə etdiyini özündən başqa kimsə bilməz.
Anatomiya professorunun eynəyini taxıb hər iki foto şəklə diqqətlə baxmasını məsləhət görərdim.Orada o yoxdur,şəkillərə bir də baxın,Vaqif Şadlinski. Üzə dirənməklə iş bitməz ki?!
Eldar Sabiroğlu