Şagirdi intihar həddinə çatdıran Xırdalan şəhər 2 saylı orta məktəbdə 15 manatdan pul yığdılar - KORRUPSİYA

6-10-2016, 09:07   


Şagirdi intihar həddinə çatdıran Xırdalan şəhər 2 saylı orta məktəbdə 15 manatdan pul yığdılar - KORRUPSİYA 7News.az saytı xəbər verir ki, bugünlərdə Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib. 7news.az saytının APA-ya istinadən məlumatına görə, hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb. Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir. Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə isə onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub.



Daha sonra hadisə yerində olan əməkdaşımıza təfərrüatlar barədə məlumat verilib. Məlumatda qeyd olunur ki, müəllimlər uşaqlara ciddi şəkildə təzyiqlər edirlər. Bu təzyiq mexanizmini isə məktəbin direktoru Ədalət Camalova tərəfindən müəyyən edilib.

Bugünlərdə isə məktəblə bağlı daha bir biabırçı xəbər daxil olub. Adının çəkilməsini istəməyən valideynlərin bildirdiyinə görə 5 oktyabr Müəllimlər Gününə görə hər bir şagirddən 15 azn pul yığılıb. Məlumat üçün qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov qeyri-qanuni pul yığan direktorların vəzifədən azad olunacağı ilə bağlı xəbərdarlıq etmişdir.

Bundan başqa məktəbdə qeyri-qanuni dərs saatları yaradılıb. Belə ki, plan üzrə dərs yerlərinin dolmasına baxmayaraq müəyyən maraqlar qarşılığında əlavə şagirdən məktəbə qəbul olunub. Bu səbəbdən də günün ikinci yarısı əlavə dərs saatları təyin edilib.

Məktəb şagirdlərinin digər məktəblərə hansı məqsədlə göndərilməsi ilə bağlı isə maraqlı faktları tam araşdırdıqdan sonra təqdim edəcəyik.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=6MJaaZ0nwcM]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar