Qara mandatlı deputatların şok siyahısı

8-10-2016, 10:46   
Qara mandatlı deputatların şok siyahısı
Azərbaycanın siyasi gündəmi təcili yardım stansiyasını xatırladır; Hadisələr bir-birini əvəzləyir, sensasiya doğuran məhkəmə çıxışları bomba kimi partlayır, islahatlar start götürür...

Ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi də qyed olunur. Bu halda kimlərin mandatsız qalacağı məlum olub.

Adı müxtəlif neqativ hadisələrdə hallanmış millət vəkilləri var.

Siyahı üzrə iddia edilir ki, dələduz tikinti firması işində adı keçmiş Rəfael Cəbrayılov, vətəndaşın borcunu qaytarmadığı üçün çəkişmədə olan Mirzəcan Xəlilov, məcburi köçkünü döydürdüyü deyilən Madər Musayev, sələmçilikdə ittiham olunan Rüfət Quliyev növbəti dəfə deputat olmaya bilər.

Qəribədir ki, bu deputatların hər biri vətəndaşlarla problemləri olub və məhkəmə çəkişmələri yaşanıb. Parlamentin buraxılıb-buraxılmaması müzakirə olunmaqdadır.

Referendumdan əvvəl də bu barədə fikir mübadiləsi aparılıb, təkliflər səslənib, MM-ə təkrar seçkilər keçirilməsi müzakirə mövzusu olub.

Şabrandan mandat qazanan Tahir Süleymanov isə dəbdəbəli milyonluq villası ilə müzakirə predmetinə çevrilmişdi. Onun da mandatsız qalacağı deyilir. Habelə, unun qiymətini süni qaldırdığı üçün ölkə rəhbərliyinin və xalqın qəzəbinə gtuş gəlmişdi.

Habelə, Laçından deputat seçilmiş Mahir Abbaszadənin də mandatını itirəcəyi istisna edilmir. Onun qardaşı Zahir Abbas Politika.Az-ın baş redaktoru Xəyyam Salmanzadəni təhdid, təhqir etməklə qardaşı haqdamənfi imic formalaşdırıb.

Veteran deputat Hadı Rəcəbli, yanan bina işində adı keçən Ağalar Vəliyevin də növbədənkənar seçkilər olacağı təqdirdə parlamentdə yer alacağı gözlənilmir.

Həmçinin, keçmiş rektor, deputat Şəmsəddin Hacıyev hədəfdədir. Onunla bərabər Rəsulzadə haqda aşağılayıcı sözlərinə görə həmkarı Ağacan Əbiyev tərəfindən danlanmış gənc Naqif Həmzəyevi də qeyd etmək olar.

Prezidentin Suqmayıtdakı tədbirdə irad tutduğu Muxtar Babayev də mandatsızlar sırasında yer ala bilər. Ümumilikdə, MM-in buraxılması siyasi kluarlarda gedən müzakirələrin yekununda bilinəcək.

İqtidarın daxilindəki bəzi qüvvələr status-kvo tərəfdarıdır və reformaların düşməni rolunda çıxış edir.

Referendumun keçirilməsi onların məğlubiyyətinin yarısıydı, yerdə qalan hissəsi bundan sonra məlum olacaq.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar