Bizimxeber.az-ın elektron ünvanına bir qrup Gənçə şəhər ziyalısı adından növbəti müraciət daxil olub
Müraciəti olduğu kimi təqdim edirik…
Son dövrlər Azərbaycanın milli ordusunun işğalçı erməni ordusu üzərindəki qələbələri bizi cox sevindirir, bu qələbələr onu göstərdi ki, Azərbaycan xalqı öz lideri İlham Əliyevin ətrafında sıx birləşərək öz torpaqlarını azad etməyə qadirdir.Bizim xalq cənab Ali Baş Komandanın bir əmrini gözləyir. Belə bir vəziyyətdə hamı öz işinə çox məsuliyyətlə yanaşmalıdır. Bəzi məmurlar, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şöbəsinin rəisi Əli Əliyev öz xidməti vəzifəsinə aid olmayan işlərlə məşğuldur. Belə ki, o ,yaxın qohumu Gəncə Dövlət Universitetinin təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun əli ilə Gəncədəki ali məktəblərdə, kolleclərdə pul maxinasiyalarına müdaxilə edir. Fəxrəddin Həsənov etdiyi işlərə haqq qazandırmaq üçün hər yerdə bu özbaşınalıqları Əli müəllimin tapşırığı ilə etdiyini deyir. Fəxrəddin Şərif oğlu Həsənov 02.10.2006-cı ildən Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır və hal-hazırda da bu vəzifədədir. Bir necə il bundan öncə Elman İdris oğlu Məmmədov Gəncə Dövlət Universitetinin rektoru işləyərkən, daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdır.
Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun bas mühasibi işləyən (hal-hazırda Gəncə şəhər Mərkəzi poçtun müdiri) Nizami Mustafayevlə əlbir olaraq saxta sənədlərə imza atmaqla mənimsəmişlər. Araşdırma əsasında müəyyən edilmişdir ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda işləyir. Qalan 21 nəfərin adi ştat cədvəlində olsa da faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmamışdır. Həmin şəxslərin maaş kartları prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahibinə qaytarmağına baxmayaraq(???), hal-hazırda yenə də Fəxrəddin Həsənov həmin kartları mənimsəyərək öz talançı əməllərindən əl çəkmir. Şəhərdə yüksək vəzifəli məmurların (Gəncə şəhəri DTX şöbəsinin rəisi Əli Əliyev) adından istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur. Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq onun üçün “maraqlı” olan adamların hara gedib gəldiklərini izlədir.
Bir neçə dəqiq fakt qeyd edək.
Universitetin əsas binasında 2500 manatlıq kamera və fotoaparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir. Fəxrəddin Həsənov Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə Universitetin bütün tədris binalarına külli miqdarda proyektor, komputer, notbooklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallardan ibarət olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talamışdır. Bayraq meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 AZN pul ayrılmağına baxmayaraq, onun bir manatı belə üzə çıxmamışdır və Fəxrəddin Həsənov tərəfindən mənimsənilmişdir. Maliyyə sənədlərinə baxdıqda aydınca görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə 39 manat 70 qəpiyə sənədləşdirilmişdir. Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri Alüminiumçular qəsəbəsi deyilən yerdə yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır.
Ən agrılı hal odur ki, ayaq üstə 10 dəqiqə belə çıxış edə bilməyən bu adam fakültə dekanlarına təsir edərək öz iyrənc əməllərini həyata keçirir.O,təsərrüfat işləri üzrə prorektor olmağına baxmayaraq elə şərait yaradıb ki,universitetin bütün işçiləri icazə almaq üçün ona müraciət etməlidir,axı bu onun səlahiyyət çərçivəsinə aid deyil. Universitet binalarının təmiri onun qudası Yunis müəllimin təmir işlərinə baxan şirkəti tərəfindən həyata keçirilir. Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur. Fəxrəddin Həsənov həmin çirkli pullarla yeməkxanalarda əylənərək, spirtli içki qəbul etməklə özünə və vəzifəsinə xas olmayan əməllərlə məşğuldur. Maraqlıdır ki,Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyev bu şəxsi himayə etdiyindən heç kim Fəxrəddin Həsənov haqqında tədbir görə bilmir. Çox maraqlıdır, müharibə gedən bir ölkədə, xalqımızın gözəl övladları şəhid olan zaman Fəxrəddin müəllimin və onun himayədarlarının vicdanı bu işlərə necə yol verir? İqtisadi böhranın bu agır dövründə bu adam əcaib əməllərindən niyə əl çəkmir?
Ölkə prezidenti İlham Əliyevin iqtisadi böhran şəraitində qənaət məqsədilə struktur islahatları apardığı, lüzumsuz orqanların birləşdirildiyi bir dövrdə Fəxrəddin Həsənovun və onun himayədarlarının bu talanına nə ad vermək olar? Bu cənab Prezidentin ağıllı siyasətinin əleyhinə getmək deyilmi???”. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırırq…
P.S Yaxın günlərdə, unoiversitetdə pervod oyunu və bunun başında kimlərin dayanması barədə geniş yazı dərc edəcəyik. GDU-nun rektoru Yusif Yusifov bu prosessi Bakıda və Sumqayıtda yerləşən universitet rektorları ilə necə həll edir? Perevodun qiyməti fakultələrə görə, necə dəyişir? Yusif Yusifov Maliyyə Nazirliyinin yüksək vəzifə sahibi olan qardaşı Cavanşir Yusifovdan necə dəstək alır? GDU rektoru Yusif Yusifov hansı rayonun icra başçısı olmaq üçün hazırlaşır? Ola biləcəkmi?
Daha dəqiq faktlarla yaxın günlərdə…