Arif Əsgərov baldızı oğlunu azadlığa buraxdırıb- 70 milyon manat kimdədir?

3-06-2014, 15:12   
Arif Əsgərov baldızı oğlunu azadlığa buraxdırıb- 70 milyon manat kimdədir?
“Arif-Esgerov_21-300x169Rahib Hüseynov Əsgərova mesaj göndərib ki, hərəkətə keçməsə, istintaqa daha ifşaedici məlumatlar verəcək”

“Azərbaycan Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin sabiq rəisi, 48 milyon manatlıq yeyintidə təqsirləndirilərək həbs edilən Rahib Hüseynov artıq azadlığa buraxılıb. Onun istintaqının bitib-bitməməsi barədə heç bir məlumat yoxdur, məhkəməsi də keçirilməyib. Bu şok xəbər “Yeni Müsavat”a etibarlı mənbələrdən daxil olub.
Ötən il sentyabrın 13-də mediada “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər şəxslərinin və onların yaxınlarının adının hallandığı 48 milyon manatlıq mənimsəmə barədə məlumatlar dərc edildi. Məlumata görə, mənimsəmə faktı ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Azərbaycan Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs ediblər. R.Hüseynov QSC-nin sədri Arif Əsgərovun baldızı oğludur.
Onu da qeyd edək ki, “AzPolitika.info”-ya verilən məlumatda bu məbləğin ən azı 70 milyon olduğu, bir çox tanınmş adamların müxtəlif səbəblərdən susduğu bildirilib
Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialardır. Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını həyata keçirən “Liman Group” adlı iri şirkətin rəhbəridir.

1RAHIBRedaksiyamızı bilgiləndirən mənbə R.Hüseynovun həbsdən azad edilməsinin şok təfərrüatlarını da açıqlayır: “Arif Əsgərov öz oğlunu xilas etmək üçün Rahib Hüseynovu həbs etdirib, mənimsənilən pulları isə öz biznesinə yatırıb. R.Hüseynova söz verib ki, 6 aydan sonra onu həbsdən qurtaracaq. Ancaq üstündən 6 ay keçəndən sonra R.Hüseynov A.Əsgərovdan xəbər çıxmadığını görüb, istintaqa real faktları açıqlamağa başlayıb. O, istintaqa yığılan pulların hamısını Elnar Əsgərova verdiyini, hətta bu işin başında Arif Əsgərovun başqa bir ailə üzvünün də dayandığını bildirib. Eyni zamanda A.Əsgərova mesaj göndərib ki, hərəkətə keçməsə, istintaqa daha ifşaedici məlumatlar verəcək. Bundan təşvişə düşən A.Əsgərov istintaqla anlaşaraq onun azadlığa buraxılmasına nail olub”.

Mənbə onu da iddia edir ki, bu məsələdə nəqliyyat naziri Z.Məmmədov da A.Əsgərova dəstək verib: “Avtoxuliqanlığa görə məmurların özlərini də, övladlarını da işdən qovurlar. Ancaq 48 milyonluq mənimsəmə faktında suçlandırılan şəxsi azadlığa buraxırlar. Əgər Z.Məmmədov A.Əsgərova dəstək verməsə idi, R.Hüseynovun azadlığa buraxılması mümkün olmayacaqdı. Əslində bu məsələdə R.Hüseynov yox, Elnar Əsgərov həbs edilməli idi. R.Hüseynov sadəcə qurbandır”.

Xatırladaq ki, pulu mənimsənilən iş adamlarından biri “AzPolitika.info”-ya açıqlamasında maliyyə maxinasiyasının təfərrüatlarını açıqlamışdı: “Pulların yığılmasını həqiqətən R.Hüseynov həyata keçirib. O bildirirdi ki, zavodumuz var, QSC-yə mal veririk. Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun vasitəsilə. Elnar Əsgərov da bəzi sahibkarlarla görüşündə bunu təsdiqləyib ki, bu səbəbdən də hamı onlara inanıb. Söhbət TSP-366 (ÜP-366) adlanan, dəmir yolunda relslərin altına qoyulan amortisaziya alətindən gedir. Onun birini xaricdən Azərbaycana gətirmək 0,28 qəpiyə başa gəlir. Ancaq ADY QSC-nin rəhbərliyi tərəfindən onun biri dövlətə 3 manat 60 qəpikdən sənədləşdirilir. Hər partiyada TSP-366-dan ən azı 5 milyon ədəd sifariş olunur. Yəni hər partiyada 15-17 milyon manat dövlət vəsaiti mənimsənilir.

Bunlar da iddia edirdi ki, biz TSP-366-nın istehsalı ilə məşğul olan zavod açmışıq. Aparıb sahibkarlara bir zavod da göstərmişdilər ki, bura bizimdir. Və deyirdilər ki, xammal almağa pulumuz çatmır, siz pul buraxın, biz də malı satıb artıqlamasıyla pulunuzu qaytaraq. Bu yolla da birindən 100 min, birindən 300 min, birindən 1 milyon, başqa birindən 3 milyon və sair pul yığdılar. Əvvəllər həqiqətən də dediklərinə əməl edirdilər. Tutaq ki, kimdən 100 min manat almışdılarsa 120 min qaytarırdılar, 500 min aldıqlarına 570 min və sair. Sonradan məlum oldu ki, bu, sahibkarları şirnikləndirmək cəhdi olub. İstədikləri də oldu. Bunlarla iş görən sahibkarlar daha çox qazanmaq üçün qohum-əqrəbada da nə qədər pul varıydı, yığıb verirdilər ki, daha çox faiz əldə etsinlər”.
“загруженное-13Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun məsələyə münasibətini öyrəndik. Mətbuat katibi ”Yeni Müsavat”a açıqlamasında dedi ki, Rahib Hüseynovun dəmir yoluna aidiyyəti olmadığından heç bir münasibət bildirmək istəmir. “Axı R.Hüseynov QSC-nin işçisi kimi həbs edilib”- sualına cavab olaraq N.Əzməmmədov bildirdi ki, o, dəmiryolçu kimi yox, tam başqa bir məsələ ilə bağlı həbs edilib: “Ona görə də məsələyə münasibət bildirməyə ehtiyac yoxdur”.
Göründüyü kimi, QSC-nin mətbuat katibi bütün məsuliyyəti R.Hüseynovun üzərinə atmaq istəyir. Ancaq bütün hallarda bir çox suallar açıq qalır: 48 milyonluq yeyinti ilə bağlı istintaq bitibmi? Qanunla zərərçəkənlərə dəyən ziyan tam ödənilsə belə, cinayət işi yekunlaşmalı və məhkəməyə göndərilməlidir. Ancaq zərərçəkənlərə ziyanın ödənilməsi ilə bağlı heç bir məlumat yoxdur. Ümumiyyətlə, R.Hüseynov hansı əsasla azadlığa buraxılıb? Bu suallar hələ də açıq qalır.

Ancaq şübhə doğurmur ki, R.Hüseynovun azadlığa buraxılmasına nail olmaqla Arif Əsgərov həm də özü barədə daha fşaeici məlumatların yayılmaının qarşısını alıb. Belə ki, “AzPolitika.info”-ya verilən məlumatda bildirilirdi ki, oğlunun tutdurulmasına və bütün işlərin onun üzərinə atılmasına etiraz edən R.Hüseynovun anası Lətifə Hüseynova bir neçə dəfə özünə qəsd edib. L.Hüseynova A.Əsgərov və onun oğlunu ifşa edən faktların əks olunduğu məktublar yazıb qoyaraq özünü öldürmək istəyib. Ancaq yaxınlarının səyi nəticəsində bunun qarşısı alınıb. Xəbərdə R.Hüseynovun atası İsmayıl Hüseynovun da davamlı təzyiqlərə məruz qaldığı, artıq ailənin bundan bezdiyi və hər şeyi ictimaiyyətə açıqlayaraq Əsgərovları ifşa etməyə hazırlaşdıqları bildirilir: “Rahib Hüseynovun həbsindən bir neçə gün əvvəl Arif Əsgərovun həyat yoldaşı olan xalası Xatın xanım hər zaman Rahibin özü ilə gəzdirdiyi noutbuku onun əlindən alıb. Rahib Hüseynov Əsgərovların göstərişi ilə gördüyü bütün qara işlərlə bağlı məlumatları həmin kompüterdə saxlayırmış. Xalası isə həbsindən bir neçə gün əvvəl onu yanına çağırıb və kompüteri Rahibdən alıb. Bundan sonra Rahib Hüseynov başa düşüb ki, onu qurban verəcəklər. Ancaq Elnar Əsgərov onu inandırıb ki, bütün məsələləri öz üzərinə götürsə, çox yaxın zamanlarda həbsdən buraxdıracaqlar və daha böyük işlər quracaq. Amma indi onun həbsdən çıxması üçün heç bir iş görmürlər, əksinə, ortaya çıxan bütün qara işləri üzərinə götürməsi üçün ona və ailəsinə təzyiq edirlər.
Qorxutmaqla gücləri çatmayanda pul gücünə onların ağzını yummaq istəyirlər. Amma Rahib Hüseynovun valideynləri onlara baş əymirlər və oğlanlarının azadlığa çıxması üçün Əsgərovları tam ifşa etməyə hazırdılar”.
Görünür. R.Hüseynovun valeynlərinin danışmaması üçün, Arif Əsgərov tələsik baldızı oğlunu həbsdən çıxarıb.
Mövzunu davam etdirəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.