Səlyanın icra başçısı Sevindik Hətəmovun "perepiska əməliyyatı" 100 min manalıq "razborka" yaradıb

25-10-2016, 09:36   



Salyanın icra başçısı Sevindik Hətəmovla “Mirana-Aston Villa” MMC adlı şirkət arasında 100 min manalıq "razborka" yaranıb. Bu barədə anaxeberşaz-a daxil olan məlumatlarda bildirlir ki, bir müddət əvvəl icra başçısı sözü gedən şirkət vasitəsilə 100 min manatlıq "perepiska əməliyyatı" həyata keçirib. 100 min manatın 20 min manatı şirkətə, 80 min manatı isə Sevindik Hətəmova çatmalı imiş. Lakin şirkət həmin məbləği icra başçısına ödəməkdən imtina edib. Bu Sevindik Hətəmovun Yardımlıdan Səlyan rayonuna icra başçısı vəzifəsinə "transfer" olunmasından sonra baş verib. Çünki 100 min manatlıq "əməliyyat" Sevindik Hətəmovun Yardımlıda icra başçısı olduğu vaxta təsadüf edir. O zaman icra başçısı rayonda bayram ərəfəsində “atəşfəşanlığı”nın təşkili və həyata keçirilməsi üçün şirkətin hesabına 100 min manat vəsait köçürüb. Əslində Sevindik Hətəmov büdcə vəsaitlərinin talamaq üçün bü cür üsullardan istifadə edib. Lakin Sevindik Hətəmovun qəfil Yardımlıdan Səlyan royonuna icra başçısı təyin edilməsi, onun planlarını alt-üst edib. Bundan istifadə edən şirkət isə icra başçısına çatası olacaq vəsaiti mənimsəyib. Hazırda icra başçısı ilə şirkət arasında vəsaitin alınması üçün ciddi qarşıdurma yaranıb.
Məsələ ilə bağlı hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.