Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi və müavini rüşvət mexanizmi
Baş Dövlət Yol Polis İdarəsinin Ağcabədi rayonunda 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Babək Mərdanovun “sürücü” vəsiqəsi alveri ilə bağlı cumhuriyyet.az-a ilginc informasiya daxil olub. Həmin məlumatda qeyd olunur ki, ölkədə dolların manat nisbətən bahalaşmasından sonra 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsində sürücülük vəsiqələrinin qiymətləri xeyli qaldırılıb. Belə ki, əvvəllər Ağcabədi 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 500-600 manata başa gəlirdisə, artıq indi bu rəqəm 800-900 manata qədər artırılıb. Adının açıqlanmasını istəməyən şəxs bildirir ki, 6 saylı şöbədə sürücü vəsiqəsi biznesində qiymətlərin qalxma prosesində əsas rolu şöbə rəisi Babək Mərdanovla müavini Xaqani adlı şəxs oynayır.. Hazırda Ağcabədi 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin şıdırığı «prava» alverinin getdiyini vurğulayan mənbənin məlumatına görə BC kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ 900 – 1000 manat təşkil edir: «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir.
Şöbədə vətəndaşlarla sürücülük vəsiqəsi ALVERİNİ Babək Mərdanovun müavini Xaqani adlı şəxs həyata keçirir. Ağcabədi rayonundan olan Xaqanini hər kəs “pul kassası” kimi tanıyır. Mənbə cumhuriyyet.az-a bildirir ki, Babək Mərdanovla Xaqani vətəndaşlardan aldıqları qanunsuz rüşvətin hesabına özlərinə dəbdəbəli həyat şəraiti qurublar. Şöbə rəisi ilə müavinin var dövləti bir neçə milyon manatlarla ölçülür. Dəyəri milyon manatla ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi ilə müavini məvacibləri hesabına əldə edə bilməzlər. Görünür Babək Mərdanovla müavini Xaqani sürücü vəsiqəsi üçün vətəndaşlardan aldıqları RÜŞVƏTİ sistemli şəkilə salaraq yaxşıca qazanc əldə edirlər.
Saytımızın elektron poçtuna göndərilən məlumatda vurğulanır ki, 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Babək Mərdanov müavini Xəqani Təhməzovla birlikdə Göygöl rayonun mənzərəli yerində dəbdəbəli villa tikdiriblər. Həmin villaların bazar qiyməti isə yarım milyon manata yaxın olduğu deyilir. MERO rəisi ilə müavinin var dövləti dəbdəbəli villa ilə bitmir. Belə ki, Babək Mərdanovla Xaqani Təhməzovun ayrı ayrılıqda Ağcabədi rayonunda yüz hektarlarla torpaq sahələri və böyük qoyunçuluq təsərrüfatları mövcuddur. Saytımıza göndərilən digər məlumatda qeyd olunur ki, Babək Mərdanovla müavinin Bakı və Gəncə şəhərlərində bir neçə obyekt və evləri var. Bu evlərin və obyektlərin hər birinin qiyməti yüz min manatdan çoxdur. MERO rəisinin müabvini Xaqani təhməzovun Ağcabədi şəhərində fəaliyyət göstərən mərkəzi bazarında 2 böyük supermarketi və çayxanası olduğunuda qeyd edə bilərik.
Bildirək ki, Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsi Ağdam, Beyləqan, Zərdab, Ağdərə, Şuşa, Xankəndi, Xocalı və Xocavənd rayonlarına xidmət göstərir. Babək Mərdanov və müavini Xaqaninin əldə etdikləri var dövlətlə bağlı araşdırmalarımız davam edir və yaxın günlədə daha geniş yazacağıq.
Növbəti yazımızda:
Babək Mərdanov Göygöl rayonunda qiyməti milyonlarla ölçülən villanı necə tikib?
6 saylı imtahay qeydiyyat idarəsində rəis ay ərzində nə qədər qazanc əldə edir?
Babək Mərdanovla müavini Xaqani istirahətə hansı ölkəyə gedirlər?
Ağcabədi və Zərdab rayonları arasında Babək Mərdanova məxsus neçə yüz hektar torpaq sahəsi və təsərrüfat var?
MERO rəisinin Bakı və Gəncə şəhərlərində neçə avtomobili var?