"Qarabağla sərhəddə dayanan təşkilat əsgərləri Azərbaycanla müharibə başladığı zaman Ermənistandan bura heç bir hərbi yükün keçməyinə icazə verməyəcəklər”.
Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib.
Mətbuat Avrasiya İttifaqında güclü rus-türk alyansının yarandığını qeyd edib:
“Ovik Abramyanın son çıxışı artıq Qarabağın varlığına son qoymaq deməkdir. Baş nazir Qarabağın de-yure olmasa da, de-fakto Avrasiya İttifaqına daxil olacağını bildirib. Təsəvvür edin ki, de-yure olaraq Qarabağla sərhəddə Rusiya, Qazaxıstan, Belarusiya və hətta Qırğızıstan əsgərləri dayanıb. Ermənistan artıq heç bir şey edə bilmir. 150 minlik Qarabağ tamam bağlıdır və heç bir çıxış yolu yoxdur. Həmçinin Qarabağla sərhəddə dayanan Aİİ təşkilatının əsgərləri Azərbaycanla müharibə başladığı zaman Ermənistandan bura hər hansı hərbi yükün keçməyinə icazə verməyəcəklər. Bu gün Nursultan Nazarbayev Türkiyəyə səfər edir və çox güman ki, Ərdoğana təşkilata üzvlük haqqında müraciət edəcək. Rusiya artıq belə bir təklifi Azərbaycana edib və məsələ ətrafında real danışıqlar gedir. Görünür, yeni rus-türk alyansı yaradılır. Bu isə Ermənistanın yavaş-yavaş əriyərək yoxa çıxmasına səbəb olacaq”.