Lerik rayonunda daha bir xoşagəlməz hadisə qeydə alınıb.
Bu barədə dosye.az-a qaynağımız məlumat verib. Belə ki, rayonun mərkəzində xırda ticarətlə məşğul olan Quliyev Nəsimi Baləbəy oğlu gözlənilmədən rayon sakini (adını dəqiqləşdirə bilmədik) tərəfindən fiziki zorakılğa məruz qalıb. Məlumatda vurğulanır ki, Nəsimi Quliyev polis serjantı Əlibala adlı şəxsin övladı tərəfindən döyülüb. Vətəndaşa xəsarət yetirən “atasının gül balası” bununla kifayətlənməyərək, Nəsimi Quliyevə məxsus dükanın şüşələrini qırıb. Beləliklə, ictimai asayişi pozmaqla cinayət əməli törədib(CM 128. Maddə).
İndicə əldə etrdiyimiz məlumatlara görə, zərəçəkmiş bu barədə Daxili İşlər Naziri cənab Ramil Usubova rəsmi məktub ünvanlamaq fikrindədir. Vəziyyətin gərginliyini nəzərə alan polis serjantı Əlibala, övladının günahlarını yumaq üçün sındırılan şüşəni yenisi ilə əvəzləyib. Görünür, məmur balalarının hegamonluğu bu gündə davam edir.
Hadisə ilə bağlı Lerik Rayon Polis İdarəsi ilə əlaqə yaratmağa çalışdıq. Əfsüslər olsun ki, adı çəkilən qurumla heç bir əlaqə yarada bilmədik. Dosye.az olaraq bir daha bildiririk ki, Prezident cənab İlham Əliyev məmurların övladları və yaxınları barədə çıxışı zamanı xəbərdarlığını etmişdir. İnanırıq ki, məsələ aidiyyəti orqanlar tərəfindən araşdırılacaq.
Adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Dosye.az