Qarabağ qazisi ölüm aclığına başladı

4-06-2014, 13:05   

anaxeber.info saytı olaraq son günlər 2 ci qrup Qarabağ əlili, Bərdə rayonunda məskunlaşmış məcburi köçkün Türbəndiyev İlham Yaqub oğlu aclıq aksiyasına başlayacağını gündəmdə saxlamışıq. Xatırladaq ki, İ.Türbəndiyev sosial vəziyyətinin ağır olmasından, evsizlikdən və bütün bunlarla bərabər məmur özbaşınalığından şikayətçidir.
Qarabağ qazisinin aclığa başlayacağını bildirməsindən sonra Bərdə və Xocalı rayon icra hakimiyyətlərinin rəhbərliyi İ.Türbəndiyevdən aksiyanı təxirə salmağı xahiş edərək, onun problemlərinin həll olunacağına söz vermişdilər. Həmin vaxtdan 10 gün keçsə də heç bir real iş görülməyib. Belə görünür ki, yerli rəhbərlik sadəcə Respublika günü hər hansı insidentin qarşısın almaq istəyiblər, onların Qarabağ qazisinin problemini həll etmək fikirləri olmayıb.
Bu gün anaxeber.info saytı ilə əlaqə saxlayan Qarabağ qazisi artıq aksiyaya başladığını bildirib: “Mən ölüm aclığına başlamışam.Müharibə şəraitində olan bir ölkənin keçmiş döyüşçüsünün aclığa başlaması hər bir məmur üçün ayıbdı. Mənə başqa yol buraxmadılar. Uğrunda döyüşdüyüm, canımı qoyduğum vətəndə yaşamağa yer də tapmıram. Bu bir yana qalsın bu dövlətin rəsmilərinin mənə münasibəti, dövlətin ərazi bütövlüyünün qorunması uğrunda döyüşən bir şəxsdən rüşvət ummaları dəhşətdir. Mən bu dövləti canımdan artıq sevirəm. Bu aksiyaya məni vadar edən həmin məmurlardır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.