"Daha belə ölkədə yaşamaqdan bezmişəm"-Raqub Məmmədov vətəndaşı adam hesab etmir VİDEO
14-11-2016, 08:36
Kend.info Ağdam rayonunda vətəndaşların başına açılan oyunlardan xəbərdardır.Növbəti reportajı Orta Qərvənd kəndində lentə aldıq.Orta Qərvənd kəndi təmas xətti ilə lap yaxınlıqda 400-500 metr məsafədə yerləşir.Kənd sakinləri hər an düşmən gülləsinə tuş gəlmək qorxusu ilə ömür sürürlər.Ağdam rayon rəhbərliyinin Orta Qərvəndlilərə münasibəti heç də ürək açan deyil.Kənd sakinləri artıq həm düşməndən,həm də rəyon rəhbərliyindən qorunmaq məcburiyyətində qalıblar.Bütün bunlarla bağlı kənd sakini Malik Nuriyevin video müsahibəsini dəyərli izləyicilərimizə təqdim edirik. aqdam-sekil-esas
***
İcra başçısı məni adam hesab etmir.
Aprel ayında baş verən hərbi əməlliyatlar nəticəsində düşmənin atdığı top mərmisi həyətimdəki mal tövləsinə düşdü və iki baş iri buynuzlu heyvanım tələf oldu.Bundan əlavə tövlə bütünlüklə dağıldı.Evimin divarları çatlayaraq mənə xeyli maddi ziyan virdu.Həyat yoldaşım xəstə olduğu üçün mən dəymiş ziyanı aradan qaldırmaq gücündə deyiləm.Olduqca kasıb vəziyyətdə yaşayıram.Dəfələrlə ölkə prezidentinə teleqram vurmuşam.Ancaq teleqramlarıma heç bir cavab gəlməyib.Bilmirəm ki,mənim teleqramlarımı Ağdam rayonunda gizlədirlər,yoxsa prezident adminstrasiyasında?Dəfələrlə icra başçısı Raqub Məmmədovla görüşüb problemimi diqqətinə çatdırmışam.Hər dəfə də cavabı bu olub ki,pul yoxdur,olan kimi təmir edəcəyik.Artıq necənci dəfədir ki,icra başçısı məni aldadır.Daha məni adam hesab edib cavab vermək istəmir.İndi gedəndə üstümə gözətçini hədə kəsmək üçün göndərir.Belə özbaşnalıq olar?Mən ondan konstitusyon hüquqlarımı tələb edirəm.
***
Prezident döyüş bölgəsinə gedib insanlarla söhbət edir.
Ölkə prezidenti döyüş bölgələrinə gedərək insanlarla şəxsən söhbət edib problemlərini öyrənir.Ancaq Ağdamın icra başçısı Raqub Məmmədov özünü prezidentdən də üstün tutur.Onunla görüşmək müşkül məsələyə çevrilib.Bilmirik ki,bu adamın işi-peşəsi nədən ibarətdir?Bir nəfərin problemi ilə maraqlanmır.Bir nəfərin dərdinə əlac qılmır.Mən televiziyalardan,mətbuatdan oxudum ki,ölkə başçısı sərhəd rayonlarında əhalinin problemlərini aradan qaldırmaq üçün,sosial-iqtisadi inkişafa nail olmaq üçün Ağdam rayonuna bir neçə milyon pul ayırıb.Bəs hara xərcləndi o pullar?Kimin cibinə getdi o pullar?Əgər pul yoxdursa niyə ayrı-ayrı adamların evləri təmir olundu?Bəli,əyri yollarla təmir olundu.Kim ki,icra hakimiyyətindən gələn şərtlə razılaşdı,onun evinə hərbi əməliyyatlar zamanı dəymiş ziyan aradan qaldırıldı.Prezidentə yalandan məlumat verirlər ki,problem aradan qaldırıldı və tapşırığınız yerinə yetirildi. aqdam-sekil-5
Budur demokratiya?
Hökumətimiz gecə-gündüz beynimizə yeritmək istəyir ki,Azərbaycan avropa şurasının üzvüdür,demokratiya yolunda inamla addımlayır,insan haqlarına hörmətlə yanaşılır və sair.Bəs bu deyilənlərin Raqub Məmmədova,yaxud Ağdam rayonuna aidiyyatı yoxdurmu?Budur demokratiya?Budur insan haqları?Məni bir vətəndaş kimi heç kim eşitmək istəmir.Ermənini başa düşdük ki,düşməndir.Bəs özümüzünkilər?Bunlar da düşməndir?Mən artıq bezmişəm.əgər mənim şikayətlərimə cavab verilmirsə,icra başçısı məni adam sayıb dinləmirsə,onda mən xəstə həyat yoldaşımı da götürüb üçüncü bir ölkəyə getmək məcburiyyətində qalacağam.Xahiş edirəm,dövlətimizin başçısına çatdırın ki,Ağdamda qayda-qanun yoxdur.İcra başçısı başımızda qoz sındırır.
Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxslərin də fikirlərini dinləyib dərc etməyə hazırıq.Sonda Malik Nuriyevin video müsahibəsini təqdim edirik.