“Aztelekom” Zahir Vəliyev məsuliyyətdən neçə yayınır

22-11-2016, 11:01   


Hazırda davam etdirilən “MTN işi” məhkəməsində yeni detallar və isimlər ortaya çıxmaqda davam edir. Hadisələrin gedişatı onu göstərir ki, baş vermiş cinayətin mühüm hissəsi rabitə nazirliyinin həbsdə olan işçilərinin üzərində fokuslanmaqdadır.
Qeyd edək ki, «MTN işi» ilə əlaqədar olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir neçə yüksək rütbəli şəxsi həbs olunub. Noyabrın 19-da keçirilən son məhkəmə prosesində isə Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və onunla birlikdə həbs edilən 10 nəfərin cinayət işi üzrə “yeyinti əməliyyatı”nın təfərrüatları ortaya çıxıb.
Yeni təfərrüatlardan məlum olur ki, ittiham olunan şəxslər milyonlarla vəsaiti mənimsəməkdə özəl müəssisəldən istifadə ediblər.
Qeyd edək ki, məhkəmədə ifadə verən şahidlərin və ittiham olunanların ifadələrindən də açıq-aydın görünür ki, prosesdən kənarda qalmağı bacaran şəxslər var. Bununla paralel olaraq “Aztelekom” MMC-də həbslərin olacağı da iddia olunur.
Qaynağımız iddia edir ki, həbsdə olan “Aztelekom” rəhbəri M.Məmmədovun verdiyi izahatlarda adları keçən bəzi qurum rəsmilərinin saxlanacağı yəqinləşib. Bu məlumatla bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız zamanı da ilginc məlumatlara rast gəldik.
Məsələn, həbsdən yayınması müəmmalə olan adlar sırasında mediada «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru Zahir Vəliyevin adı daha çox çəkilib.
Bu da səbəbsiz deyil, Zahir Vəliyev öz sahəsini mükəmməl bilən biridir və əgər ortada hər hansı bir dinləmə məsələsi varsa, bu prosesdən onun mütləq xəbəri olmalıydı. «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru Zahir Vəliyevin məsuliyyətdən kənar qalması təbii olaraq bir sıra suallar da yaradıb.
Xüsusən də Aztelekom» İB-də belə bir rəy hökm sürür ki, Zahir Vəliyevin məsuliyyətdən kənar qalmasına hansısa sehrli əl yardımçı olub. Əks təqdirdə, həm «Aztelekom» İB-nin direktorunun birinci müavini, həm də «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru olaraq Zahir Vəliyevin məsuliyyətdən kənarda qalması imkansız olardı.
Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Zahir Vəliyev baş direktoru Məhəmməd Məmmədovdan daha çox, Akif Çovdarovun dəstəsinə yaxın olub və bu dəstə məhz Zahir Vəliyevin əlaqəli şəkildə çalışdığı iddia olunur. Bu durumda Zahir Vəliyevin məsuliyyətdən kənar qalması doğurdan bir sıra sualların yaranmasına rəvac verir.
Hər şeydən əvvəl «Aztelekom» İB-də bütün texniki məsələlərə cavabdeh olan şəxsin deyil, baş direktorun həbc olunması kiminsə Zahir Vəliyevi birbaşa müdafiə edir. Qeyd edək ki, mənbə cumhuriyyet.az-a bu barədə daha ətraflı məlumata sahib olduğunu və gərəkirsə bir çox mətləblərə aydınlıq gətirə biləcəyini bildirib.
Gedişatdan da belə görünür ki, heç bir səsi-sorağı olmayan və faktiki olaraq Məhəmməd Məmmədovun həbsindən sonra «Aztelekom» İB-yə rəhbərlik edən Zahir Vəliyev “MTN işi” istintaqından də yaxasını kənara çəkə bilməyəcək. Böyük ehtimalla istintaq yaxın vaxtlarda onunla bağlı araşdırmalara başlayacaq.
Onu da bildirək ki, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassası» kimi də tanınırmış. Vəliyev həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur.
Məlumatı göndərən şəxs yazır ki, «DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahi Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Hətta onun maşınlarının fotolarını da bizə göndərib. Həmin məlumatda vurğulanır ki, Tariyel Vəliyev ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. «Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «QTelekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar».
Məlumat üçün bildirək ki, “Aztelekom” rəhbəri M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Azinforum.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar